Qaynar.info-nun baş redaktoru həbs oluna bilər.Bu haqda portalın veb səhifəsində məlumat verilib.Məlumatı olduğu kimi nəzərinizə çatdırırıq.
\"Xəzər Lənkəran\" klubunun prezidenti Mais Məsimov özünün və ailəsinin şərəf-ləyaqətinin təhqir olunduğunu iddia edərək, \"Fanat.az\"-ın köşə yazarı Natiq Muxtarlının və qəribə də olsa, sayt layihəsinin rəhbəri Zahir Əzəmətin Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayətə cəlb edilməsi xahişi ilə xüsusi ittiham qaydasında Nərimanov Rayon məhkəməsinə müraciət edib.Bu haqda portalın veb səhifəsində məlumat verilib.M Hazırlıq iclası iyulun 9-na saat 15-00-a təyin edilib.
Qeyd edək ki, Fanat.az saytının təsisçisi və baş redaktoru tamam başqa adamdır və bu, saytın altında qeyd edilib. Layihə rəhbəri isə tamam fərqli anlayışdır. Bildirək ki, Fanat.az-ın əsası doğrudan da 2 il öncə Qaynar.info-nun bir qolu kimi qoyulub. O zaman Sport.qaynar.info kimi fəaliyyətə başlayan sayt təqribən bir il öncə başqa komandaya satıldı. O vaxtdan sayt yeni təsisçi və baş redaktorun rəhbərliyi altında \"Fanat.az\" domeni ilə tam müstəqil fəaliyyət göstərir. Bu barədə mətbuatda, həmçinin \"Xəzər Lənkəran\"ın da o zaman reklam verdiyi \"Komanda\" idman qəzetində məlumat verilib.
Ancaq Fanat.az rəhbərliyi ilə qarşılıqlı anlaşmaya görə, biz Qaynar.info-da əvəllər olduğu kimi, saytın xəbərlərinə keçid verməkdə, onlar isə Layihənin əsasını qoyan Zahir Əzəmətin adını layihə müəllifi kimi qeyd etməkdə davam edirlər. Bütün bunları bilə-bilə, orda dərc edilən yazı və xəbərlərə heç bir bağlılığı olmayan Qaynar.info-nun baş redaktorunun həbsi tələbinin irəli sürülməsi, fikrimizcə, sifarişli addımdır.
Qaynar.info Azərbaycanın azasaylı azad media təmsilçilərindən biridir. Fikrimizcə, bu məhkəmə iddiası portalı boğmaq, işini əngəlləmək üçün atılan bir addımdır. Qaynar.info rəhbərliyi bunu siyasi hakimiyyətin, xüsusən həm də Azərbaycan futbolunu qara caynaqlarına keçirən neft mafiyasının sifarişi ola biləcəyini istisna etmir. Ümid edirik ki, azad mətbuat bizdən dəstəyini əsirgəməyəcək.” “Qaynar.info”
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri