Yeni musiqi formatı - SlotMusic

22-09-2008 / 18:00
Yaddaş kartları istehsal edən SanDisk şirkəti EMI Group, Warner Music Group, Universal Music Group və Sony BMG Music Entertainment səsyazan şirkətləri ilə birlikdə kompakt-disklərin “əvəzinə” – yeni musiqi formatı SlotMusic təqdim etdi.
SlotMusic – ifaçıların albomu yerləşdirilən SD və ya Micro SD formatlı yaddaş kartıdır.
Bundan başqa, kartın həcmi əlavə müsahibə, videoklip və digər məlumatlar da yazmağa imkan verir.
Musiqilər 320 kbit/san ilə, MP3 formatında SlotMusic kartına yazılacaq.
SlotMusic-in yaradılması onlayn musiqilərin yayılması zamanı maliyyə itkisi ilə qarşılaşmış böyük leyblların satışını fəallaşdıra bilər.
Bir çox musiqiçilər yeni mahnılarını CD-də çıxmasına baxmayaraq, öz saytlarına da yerləşdirirlər.
SlotMusic kartlarını həm mobil telefonlarda, həm də MP3 pleyerlərdə səsləndirmək olar. Istehsalçı, kartları, əsasən mobil telefonda musiqi dinləməyə üstünlük verənlər üçün nəzərdə tutub.
ABŞ-da SlotMusic oktyabrın ortalarında satışa çıxacaq və WalMart və BestBuy mağazalarında yayılacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə