Azercell «Müştərinin səsi» adlı yeni proqram həyata keçirir

14-09-2009 / 15:07

Azercell Telecom MMC çoxsaylı istifadəçiləri üçün "Müştərinin səsi" adlı proqram həyata keçirir. Proqram Azercell şirkətinin müştərilər ilə görüşünün təşklini nəzərdə tutur.

Proqramın əsas məqsədi məhsulların və göstərilən xidmətlərin müştərilərin tələblərinə uyğun təkmilləşdirilməsi, həmçinin təklif olunan xidmətlərin keyfiyyətinin artırılmasıdır.

"Müştərinin səsi" proqramı çərçivəsində rəhbər kadrlar və Azercell şirkətinin əməkdaşları xidmət və satış mərkəzlərinə baş çəkəcək, orada müştərilərin ehtiyac və təkliflləri ilə tanış olacaq, onları maraqlandıran sullara cavab verəcəklər. Həmçinin yaranan problemlərin həllinə yardım edəcəklər.

Proqram korporativ müştəri ilə də görüşlərin keçirilməsini nəzərdə tutur. Onlar ilə maraqlı mövzuların və bir sıra məsələlərin həll yollarının müzakirəsi planlaşdırılır.

Azercell şirkəti əmindir ki, "Müştərinin səsi" proqramının həyata keçirilməsi ilə müştərilərin tələbləri daha çox təmin ediləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə