“Azercell”in prezidenti Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb

12-01-2011 / 14:26

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin prezidenti Əli Ağan Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb.

Şirkətdən verilən məlumata görə, 2010-cu ilin dekabr ayında “Azercell”in 2011-ci il üçün Tələbə Təqaüdü Proqramının qalibləri müəyyən olunub. Mərhələli seçim prosesinin sonunda 7 tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb.

«Azercell»in prezidenti Ali Ağan Təqaüd Proqramının qalibləri olan tələbələrlə görüşüb. Görüş zamanı Ə.Ağan gəncləri təbrik edib, onlara sertifikat və müxtəlif hədiyyələr təqdim edib.

Qeyd edək ki, Tələbə Təqaüdü Proqramının qalibləri Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Bakı Dövlət Universitetinin tələbələridir. Onlar bakalavr dərəcəsi üzrə ali təhsil müddətinin sonunadək «Azercell» şirkəti tərəfindən 200 manat məbləğində aylıq təqaüd alacaq. Bu gənclər «Azercell»in dəstəyi ilə telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, uğurlu karyera qurmaq şansı da qazanmış olacaq, şirkətin korporativ tədbirlərində, müxtəlif təlimlərdə iştirak edə biləcək, həmçinin «Azercell»də təcrübə keçmək imkanını əldə edəcəklər.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.