Bu gün Səbayel rayon Məhkəməsində Emin Milli və Adnan Hacızadənin barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Araz Hüseynovun sədrliyi ilə keçirilən prosesə şahid qismində dəvət olunan “Lebanese” restoranın sahibəsi Şahzeynəb Rüstəmova və həmin vaxt Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində növbətçi əməkdaşı məhkəmədə iştirak edə bilməyəcəkləri haqqında məktub ünvanlayıblar. Adıçəkilən şəxslər məktubda ibtidai istintaqa verdikləri ifadəni təsdiq etdiklərini bildiriblər. Təqsirləndirilən Adnan Hacızadə isə deyib ki, cinayət işinə ədalətli baxılmır: “Bu iş quramadır. Əvvəldən mənim fəaliyyətim izlənilib. İnternetdə yerləşdirdiyim yazılar kimlərinsə xoşuna gəlməyib”. A. Hacızadə şahidlərin ifadələrini də yalan adlandırıb: “Mən heç vaxt kiməsə qarşı zorakılıq etməmişəm”. Təqsirləndirilən Emin Milli də ona qarşı irəli sürülən ittihamla razılaşmadığını söyləyib. Müdafiə tərəfi növbəti prosesdə zərərçəkənlərin iştirakının təmin edilməsi barədə də vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmin edib. Proses oktyabrın 13-də davam etdiriləcək.
Qeyd edək ki, E. Milli və A. Hacızadə iyulun 8-də Azərbaycan paytaxtındakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq)
maddələri üzrə təqsirli bilinirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri