“Vodafone 360” xidməti iflasa uğrayıb

13-10-2009 / 09:11

Dünyanın iri şirkətlərindən biri olan “Vodafone”nin yeni xidməti iflasa uğrayıb.

APA-nın yaydığı məlumata əsasən , “Vodafone 360” xidməti üçün nəzərdə tutulmuş serverlər həddən artaq yüklənməyə tab gətirməyərək, rabitənin kəsilməsi və həddən artıq böyük həcmli hesablar təqdim etməklə istifadəçiləri məyus edib.

Xidmətin sıradan çıxmasının səbəbi istifadəçilərin tamahkarlığı olub. Belə ki, xidmət istifadəyə verildikdə, istifadəçilərə pulsuz 10 musiqi parçası yükləmək təklif edilib. Nəticədə şəbəkənin həddən artıq yüklənməsi müşahidə olunub. Bir neçə xoşbəxt istifadəçi istisna olmaqla digər istifadəçilər səhəri günü uzun mobil internet üzrə hesablar alıblar və heç bir musiqi treki əldə edə bilməyiblər.

“Vodafone”nin nümayəndələrinin sözlərinə görə, şəbəkənin bu dərəcədə yüklənməsi gözlənilməz olub. Deyilənə görə, baş verənlərin səbəbi həmçinin “Adobe Flash Player”in köhnə versiyasının istifadə edilməsi olub.

Şirkət istifadəçilərin yaşadığı narahatlığın əvəzini ödəmək məqsədilə bütün abunəçilərinin hesabına 5 funt sterlinq köçürüb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə