Vaşinqtonda bloggerlərlərin taleyi müzakirə olunacaq

16-10-2009 / 16:37

"ABŞ regionda mətbuat azadlığının səviyyəsinin aşağı düşməsini necə dayandıra bilər?" sualına cavab axtarılacaq

Oktyabrın 20-də Vaşinqtonda müzakirələr zamanı gənc bloggerlər Adnan Hacızadə və Emin Millinin həbsi mövzusu diqqət mərkəzində olacaq. Turanın müxbirinin verdiyi məlumata görə, dinləmələr Milli Demokratiyaya Dəstək Fondu (National Endowment for Democracy) tərəfindən KİV-ə Beynəlxalq Dəstək Mərkəzi (Center for International Media Assistance) ilə birgə təşkil olunub.

Cənubi Qafqazda vəziyyətlə bağlı müzakirələr çərçivəsində Gürcüstanda telekanallara dövlət nəzarəti və Ermənistanda jurnalistlərə qarşı məhdudiyyətlər və zorakılıq mövzularına baxılacaq. Müzakirələrdə KİV sahəsində məşhur ekspertlər iştirak edəcək və aşağıdakı sualları cavablandıracaqlar:

- Azərbaycanda yeni qanunvericilik məhdudiyyətləri söz azadlığının daha da pisləşməsinə gətirib çıxara bilərmi?

- vətəndaşlar ənənəvi KİV çərçivəsindən kənara çıxa və alternativ mənbələrdən informasiya əldə edə bilərlərmi?

- vətəndaşları azad mətbuata dəstək tələb etmək üçün nə ayağa qaldıra bilər?

- ABŞ regionda mətbuat azadlığının səviyyəsinin aşağı düşməsini necə dayandıra bilər?


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə