“Gündəlik Bakı” qəzetinə qarşı məhkəmə prosesi keçirilib

21-10-2009 / 21:22

20 oktyabr  Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin “Gündəlik Bakı” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Gündəlik Bakı” qəzetinin şef-redaktoru Ədil Hüseynli məlumat verib.

Onun sözlərinə görə, prosesdə iddiaçının vəkili Muxtar Mustafayev iştirak etsə də cavabdeh tərəfin vəkilləri Zaur İbadov və Ceyhun Cəfərov iştirak etmədiklərinə  görə hakim prosesi 29 oktyabr saat 09:30-a təyin edib.

Xatırladaq ki, A. Paşazadə "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixində dərc edilmiş "Cənubdakı narkotik marşrutu-2" adlı məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək məhkəməyə müraciət etmiş, qəzetin üzr istəməsini və təkzib verməsini tələb etmişdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə