Bloggerlərə hökm oxundu

11-11-2009 / 14:53

Emin Milli 2 il 6 ay, Adnan Hacızadə 2 il müddətinə azadlıqdan məhrum edildi

Səbail rayon Məhkəməsində bloggerlər Emin Milli və Adnan Hacızadəyə hökm oxunub. Hakim Araz Hüseynovun sədrlik etdiyi məhkəmənin hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərərvurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə ittiham olunublar.
Xatırladaq ki, E.Milli və A.Hacızadə iyulun 8-də Azərbaycan paytaxtındakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar. // ANS Press


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə