Ağıllı telefon bazarında hansı əməliyyat sistemləri öndədir?

25-11-2009 / 19:37

Mobil əməliyyat sistemləri bazarında əməlli-başlı rəqabət gedir. Şübhəsiz ki, həmişə rəqabətdən qazanclı çıxan istifadəçilər olur.

Xeberler.az bildirir ki, xüsusilə Android-in bazara girməsi və Android-li ağıllı telefonların yayılması mobil əməliyyat sistemləri bazarını daha da canlandırıb. Hər keçən il ağıllı telefonlar bazarında 4 faizlik artım olur.

Sürətlə yüksələn rəqiblərin olmasına baxmayaraq, Symbian öz yerini qoruyub saxlayır. 2009-cu ilin ortalarından isə Symbian eniş yaşayır. Symbian-dan sonra ikinci sırada olan Blackberry OS isə bazar payını yüksəltməyə davam edir. Gecikmiş bir versiya olaraq 6.5-i bazara təqdim edən Windows Mobile isə öz yolunu sakit davam etdirməkdədir. Palm-ın daxilində inkişaf etdirilən WebOS mobil əməliyyat sistemi isə 2009-cu ilin əvvəllərində elə də böyük uğur əldə etməyib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə