Ultra şirkəti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində HRM-kadrların idarəolunması sistemini tətbiq etdi.

25-06-2010 / 00:46

  Ölkənin aparıcı İT şirkətlərindən biri olan Ultra şirkəti inteqrasiya sistemləri üzrə həllər təqdim etməkdədir. Şirkət Azərbaycanda Respublikası İqtisadi İnkşaf Nazirliyində “HRM – Kadrların İdarəolunması” sisteminin tətbiqi prosesini artıq başa çatdırmışdır. Bu sistem nazirliyikdə tətbiq olunmaqda olan “Megapolis DocNet” elektron sənəd dövriyyəsi sisteminin tərkib hissəsi kimi nəzərdə tutulub və onunla inteqrasiya-məlumat mübadiləsi sxemində çalışır.

“HRM – Kadrların İdarəolunması” sistemin tətbiqi nəticəsində aşağıdkı üstünlüklər əldə olunmuşdur:

·        Kadrlarla bağlı məsələlərdə səmərəliliyin artırılması üçün vahid məlumatlar mühitindən istifadə imkanı;

·        Əməkdaşlar haqqında məlumatların toplanması və sonradan bunun əsasında hesabatların avtomatik formalaşdırılması;

·        Əmrlərin və əmək müqavilələrin şablon əsasında avtomatik yaradılması;

·        Sənəd dövriyyəsi sistemi ilə inteqrasiya;

·        Ştat cədvəli üzrə hesabatların formalaşdırılması;

·        Personalla əlaqədar hesabatların formallaşdırılması;

 

Sistem bir neçə modullardan ibarətdir ki, bu da təşkilatda kadların idarə edilməsi biznes-prosesləri üçün kifayət qədər funksional imkanları təmin edir.

 

Tətbiq olunan modullar aşağıdakılardır:

“Ştat cədvəli” modulu - Bu modul Ştat cədvəlinin aparılması və planlaşdırılmasını imkan verir. Həmçinin bu modulda avtomatik olaraq aylığ və ya illik əmək haqqı fondunun hesablanmasını,  vakant olan yerlərin sayının təyini, ştat cədvəlində aparılan dəyişikliklərin tarixçəsini təmin edir.

“Kadrlar” modulu Sistemdə kadrlarla bağlı bütün işgüzar prosesləri aparmağa imkan verir.

“İş vaxtının uçotu” modulu personalın iş vaxtının planlaşdırılması və uçotunu aparmaq məqsədini daşıyır.

Həmçinin, Sistemdə biznes proseslərin aparılması üçün Əməkdaşlar reyestri, ətraflı axtarış, stajların avtomatik hesablanması, kadr əməliyytaları kimi xidmətlər yaradılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə