Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin birgə layihəsi olaraq “Sosial işin idarəolunması” elektron sistemin ilkin versiyası istifadəyə verilib.
Xeberler.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni e-sistem sosial xidmətlərin daha səmərəli və vahid yanaşma əsasında təşkili və həmin xidmətlərə ehtiyac duyan şəxslər və ailələrlə aparılan sosial iş prosesinin optimallaşdırılması məqsədi daşıyır.
Həmin e-sistem sosial xidmətlər sahəsində aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə, sosial xidmət göstərilməsi zəruri olan şəxslər, onların sosial xidmətlərə olan tələbatları barədə qurumlar arasında məlumat mübadiləsinin, nəticədə xidmətlərin göstərilməsinin operativliyinə imkan yaradır.
“Sosial işin idarəolunması” e-sistemi sosial işin planlaşdırılması, icrası və monitorinqi proseslərində çevikliyin və şəffaflığın artırılmasında, risklərin vaxtında müəyyən edilməsində də əhəmiyyətli rol oynayacaq.
Növbəti mərhələlərdə sistemin funksionallığının genişləndirilərək təkmilləşdirilməsi nəzərdə tutulur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları