BMT-dən Azərbaycan İnformasiya texnologiyalarının inkişafına dəstək

19-07-2010 / 00:14

BMT informasiya texnologiyalarının inkişafında bundan sonra da ölkəmizə dəstək verməyə hazırdır.

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura bildirib ki, bu təşəbbüsün reallaşması Azərbaycana Avropa ilə Asiya arasında tranzit informasiya magistralı rolu oynamağa imkan verəcək. Bununla da Azərbaycan həm öz inkişafı, həm də iki qitənin birlikdə tərəqqisinə təkan verən bir layihəni gerçəkləşdirmiş olacaq.

BMT rəsmisinin sözlərinə görə, bir müddət əvvəl "Elektron hökumət" üzrə internet infrastrukturunun qurulması istiqamətində mühüm işlər görülüb, uğurlu nəticələr  əldə edilibdir. BMT-nin İnkişaf Proqramı Azərbaycanda "qara qızıl"ın "insan qızılı"na çevrilməsinə əsaslanan inkişafı təbliğ edir. Nümayəndəlik hökumət və beynəlxalq icma ilə əməkdaşlıq şəraitində Azərbaycan xalqına daha yaxşı həyat qurmağa kömək etmək üçün bilik, təcrübə və resursların gətirilməsini qarşısında bir vəzifə kimi qoymuşdur. 

 

Mənbə: azerbaycan-news.az

 

 

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə