Reklam fəaliyyəti sahəsində monitorinqlər davam edir

27-09-2010 / 14:50

İqtisadi İnkışaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti küçə reklamlarının yayımı sahəsində reklam qanunvericiliyinin tələblərinə əməl edilməsi vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aparılan monitorinqlər zamanı daha 8 təsərrüfat subyekti tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmədən hazırlanmış reklam materialları müəyyən olunub, yol verilmiş qanun pozuntularının aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, bundan əvvəl də Dövlət Xidməti tərəfindən 10 təsərrüfat subyektinə məxsus küçə reklamlarında qanunvericiliyin tələblərinin pozulması aşkar edilmiş və bu reklamların qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin olunub.

Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməyi tövsiyə edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə