ANS-in prezidenti ölkə mediasına müraciət etdi

03-12-2010 / 22:38

Vahid Mustafayev: "Azərbaycanımızın hansısa xarici qüvvələrin şər maraqlarının poliqonuna çevrilməməsi üçün əlimizdən gələni etməliyik"

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənovun kütləvi informasiya vasitələrinə müraciətinə ilk reaksiyanı ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev verib. O, son zamanlar dünya və yerli kütləvi informasiya vasitələrində Azərbaycanın dövlət imicinə zərər vurmaq məqsədilə yayılan məlumatların ölkə mediasına da yol tapması kimi tendensiyanın təhlükəli olduğunu deyib və Azərbaycan mətbuatını dövlət müstəqilliyinin qorunması kimi başlıca vətəndaş vəzifəsinin yerinə yetirilməsi zamanı hər zamankından daha ayıq olmağa çağırıb.

“Biz müstəqil Azərbaycanımızın hansısa xarici qüvvələrin şər maraqlarının poliqonuna çevrilməməsi üçün əlimizdən gələni etməliyik. Bu sahədə, sözsüz ki, bütün bacarıqlarımızı, biliklərimizi sərf etməliyik ki, ən əsas olan müstəqilliyimizi, dövlətçiliyimizi qoruyub saxlaya bilək. Sözsüz ki, bu sahədə birlik nümayiş etdirməliyik. Xalqımızla, prezidentimizlə bir olmalıyıq”,- deyə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə