“WikiLeaks” resursunun yaydığı materiallar təxribat xarakteri daşıyır”

02-12-2010 / 14:33

“WikiLeaks” resursunun yaydığı materiallar təxribat xarakteri daşıyır, burada məqsəd Azərbaycanla Türkiyəni çox ustalıqla qarşı-qarşıya qoymaqdır”. Bu fikirləri Prezident Administrasiyası (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib.

Ə. Həsənov bildirib ki, Azərbaycan prezidenti ölkənin qaz ixracı ilə bağlı siyasətində şaxələndirmə tərəfdarı olduğunu ifadə edib, çünki bununla bağlı dünyada acı təcrübələr var, ona görə də Azərbaycan özünü hansısa ölkədən, qurumdan asılı salmayacaq enerji siyasəti yürüdür: “Prezidentin dəfələrlə çıxışlarında ifadə etdiyi bu fikirləri çox ustalıqla redaktə edərək, “Azərbaycan Türkiyənin enerji mərkəzi olmasını istəmir” fikrini ortaya atıblar. Azərbaycanda da, Türkiyədə də hər kəsə məlumdur ki, Azərbaycanın ulu öndəri Heydər Əliyev Bakı-Tiflis-Ceyhan kəmərinin məhz Türkiyədən keçməsi üçün hansı təzyiqlərə məruz qaldı, Azərbaycanın ətrafında beynəlxalq qalmaqallar yaradıldı, Xəzərin statusu məsələsini ortaya atdılar. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti təzyiqlərə sinə gərib, kəmərin Türkiyədən keçməsini təmin etdi. Bunu eləyən dövlətin başçısı indi belə bir söz deyərmi? Əlbəttə, prezident heç vaxt belə fikir səsləndirməyib, bu sadəcə, maraqlara uyğun olaraq edilmiş redaktədir”.

Ə. Həsənov bildirib ki, bu gün Azərbaycanla İranı da üz-üzə qoymağa çalışırlar: “Bəziləri İrana təzyiq etmək üçün platsdarm axtarırlar. Amma İranda bizim soydaşlarımız yaşayır, bu ölkə ilə əlaqələrimiz var. Biz hər zaman bəyan etmişik, Azərbaycan dostluqlara, əməkdaşlıqlara platsdarm ola bilər”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanın Türkiyə və İran, yaxın qonşuları ilə yaxşı əlaqələri kimlərəsə sərf etmir: “ Bildiyiniz kimi, bu iddialar Azərbaycan prezidentinin mətbuat xidməti tərəfindən birmənalı şəkildə təkzib edilib. Bu informasiyaların heç bir əsası yoxdur”.

mənbə: APA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə