2007-ci il Dneprepetrovskda qaz sızmasından 20 mərtəbəli bina partladı. 2008-də Moskvada Basman bazarı uçdu. 2009-da Bakıda M.Muxtarov küçəsində 16 mərtəbəli yeni tikilən bina çökdü.
Bu hadisələr zamanı onlarla insan həlak oldu. Amma xilas edilənlərin də sayı az deyildi. Bu fəlakətləri birləşdirən cəhətlərdən biri – xilas olunanların öz həyatını mobil rabitəyə borclu olmasındadır. Çünki məhz yanlarında telefonları olan zərərçəkənlər yaxınlarına zəng edib yerlərini deyə bilmişdilər...
Azercell fəlakət zonasında səyyar stansiya göndərib sel, daşqın, zəlzələ, terror – bu cür təbii fəlakətlər və digər fövqəladə hallar böyük əraziləri əhatə edir və xeyli insanın həyatına təsir edir. Fəlakətlər elektrik təminatı ilə yanaşı, rabitə sistemini də sıradan çıxarır. Bu isə bəzən daha çox insan itkisinə gətirib çıxara bilər. Axı xilasedicilər etibarlı rabitəyə arxalanaraq işlərini qururlar. Azərbaycan da ara-sıra təbii fəlakətlərlə üzləşir. Bu ilin mayında Sabirabad rayonunda baş verən daşqın nəticəsində həmin zonada rabitə qovşağı tamamilə sıradan çıxmışdı. Xilasetmə işlərinin daha effektiv olması üçün “Azercell” sel ərazisinə müvəqqəti səyyar stansiyalarını göndərmişdi. Adətən bu cür səyyar qurğular (RBS) əhalinin daha çox toplaşdığı müxtəlif tədbirlərə (bayram şənlikləri, kütləvi gəzintilər və s) göndərilir. Bu dəfə isə RBS-lərdən fəlakət zonasında rabitəni bərpa etmək üçün istifadə olundu. Həmin vaxt Azərbaycanın bir nömrəli mobil operatoru həm də fəlakət zonasındakı insanların rahat danışmasına kömək etmişdi.
Belə ki, “Azercell” fəlakət zonasındakı abonentlərin hamısına müəyyən miqdarda kontur göndərmişdi. Ümumilikdə, 200 min nəfərə yaxın abonent “Azercell”dən kontur almış oldu ki, bu da bir çox insanın nigarançılığına son qoymuş oldu. Şirkət bu davranışı ilə öz fəaliyyətində yalnız biznes məqsədini güdmədiyini, cəmiyyətin sosial inkişafını da önəmli tutduğunu nümayiş etdirdi.
Mobil rabitə və sosial inkişaf – əlaqəni necə gücləndirməli? Fövqəladə hallarda mobil operatorlara olan ehtiyacı necə və daha hansı effektiv üsullarla ödəmək olar – bu məsələ bir ay öncə Bakıda keçirilən “Mobil Rabitə və Sosial İnkişaf” konfransında da ətraflı müzakirə olundu. TeliaSonera Avrasiya şirkətlər qrupunun təşəbbüsü ilə paytaxtımızda baş tutan tədbirdə şirkətin tərkibinə daxil olan operatorların rəhbərləri, telekommunikasiya sahəsində ekspertlər, tanınmış iş adamları, tədqiqatçılar, alimlər, yerli və xarici KİV nümayəndələri iştirak edirdilər. Elə bu konfransda məlum oldu ki, TeliaSonera ailəsinə daxil olan digər operator – Kcell də Qazaxıstanda baş verən təbii fəlakət zamanı buna bənzər fəaliyyət göstərmişdi. Həmin vaxt yalnız KCell-in qurduğu səyyar stansiya sayəsində insanlar bir-biriləri ilə əlaqə saxlaya biliblər. Qazaxıstanın sel basmış regionlarında yeganə rabitə əlaqəsi KCell-in köməyilə ilə yaranıbmış.
Kcell-in Prezidenti Veysel Aral dedi ki, indi onların abonentləri sırasına mobil telefonlarının köməyi ilə fəlakətdən xilas olan insanlar, xüsusi tariflərdən faydalanan eşitmə problemli insanlar, bir düyməni basmaqla ailələri ilə əlaqə saxlaya bilən uşaqlar daxildir. Mahiyyətinə və önəminə görə ilk belə toplantı olan “Mobil Rabitə və Sosial İnkişaf” konfransının məqsədi daim dəyişməkdə olan mobil aləmin son nailiyyətlərinin nəzərdən keçirilməsi idi. Konfransda kommunikasiya sahəsinə aid olan bir çox vacib məsələlər - yeni yaranan mobil texnologiyalar, xidmətlər, mobil texnologiyaların tətbiqi və sosial inkişafda roluna dair müxtəlif mövzular müzakirə edildi. Mobil operatordan ekoloji töhfə - Günəş enerjisi ilə işləyən stansiya Üç hissədən ibarət konfransın birinci bölümü ətraf mühit problemlərinə həsr olundu. Bu bölümdə Qananın Qabaqcıl İnformasiya Texnologiyaları institutunun baş direktoru Doroti Qordonun məruzəsi xeyli müzakirələrə səbəb oldu. Həmin hissədə digər operatorlarla yanaşı, Azercell-in də ətraf mühitin mühafizəsinə yönəlmiş layihələri barədə məlumat səsləndirildi. Şahdağda Günəş enerjisi ilə işləyən ilk stansiya barədə informasiya hər kəsin diqqətini cəlb etdi.
M-hökumət və təhlükəsizlik mövzusuna həsr edilən ikinci hissədə Beynəlxalq Mobil hökumət Konsorsiumunun dosenti İbrahim Kuşçu, mobil biznes və mobil bankçılıq mövzusunda isə TeliaSoneranın vitse-prezidenti Ssiliya Edström məruzəçi qismində iştirak edirdi. Konfransda TeliaSoneranın Avrasiya biznes sahəsinin Prezidenti Tero Kivisaari, şirkətin vitse-prezidenti Halim Ateş, Azercell-in prezidenti Ali Ağan, həmçinin TeliaSoneraya aid digər operatorların rəhbərləri, Qafqaz Universitetinin Kompüter Mühəndisliyi fakültəsinin rəhbəri və İnformasiya üzrə direktoru Abzəddin Adamov çıxış etdilər. “Azercell telefonu” – sahibkarlığın inkişafını stimullaşdıran əsas elementdir Azercell-in prezidenti Ali Ağan rəhbərlik etdiyi şirkətin fəaliyyəti, təqdim etdiyi xidmətlər və şəbəkələrinə məlumat verdi. Cənab Ağan qeyd etdi ki, indi adi qəbul etdiyimiz mobil telefon əslində milyonlarla insan üçün sosial əlaqələr, etibarlı və istifadəyə asan infrastrukturun inkişafı və sosial təhlükəsizlik xidmətlərini təmin etməklə genişləndirən bir vasitəyə çevrilib: “Bu gün “Azercell telefonu” yalnız sosial həyatın və işgüzar əlaqələrin ayrılmaz bir hissəsi deyil, eyni zamanda ölkədə sahibkarlığın yüksələn xətlə inkişafını stimullaşdıran əsas elementdir”. “Azercell Telekom”-un Qafqaz Universitetilə əməkdaşlıqda keçirdiyi bu konfransda mobil operatorların mobil texnologiyalar və kommunikasiyalardan istifadə etməklə sosial həyatda dəyişikliyi təşviq etməsi məsələsi müzakirə olundu.
Qeyd edək ki, TeliaSonera Avropada bazar dəyərinə görə 5-ci ən böyük telekommunikasiya şirkətidir. Şimal dənizi və Baltikyanı ölkələrdə, eləcə də Avrasiyanın yeni yaranan bazarlarında və İspaniyada telekommunikasiya xidmətlərinin göstərilməsi ilə məşğul olur. Hazırda şirkət ümumi əhalisi təxminən 460 milyon olan 20 ölkədə fəaliyyət göstərir. TeliaSonera insanlara və şirkətlərə asan, səmərəli və ekologiyaya zərər vurmadan ünsiyyət yarada bilməkdə yardım edən şəbəkə və telekommunikasiya xidmətləri təklif edir. TeliaSonera-ya daxil olan Azercell Telekom öz fəaliyyətinə 1996-cı ildə başlayıb. Hazırda şirkətin 4 milyondan artıq abonenti var. Azercell Azərbaycanda sosial inkişaf layihələrinin aktiv iştirakçısıdır. Şirkət tərəfindən həyata keçirilən sosial məsuliyyət layihələri müasir həyatın idman, incəsənət, mədəniyyət, təhsil, səhiyyə, ekologiya, iqtisadiyyat və əhalinin aztəminatlı və zəif təbəqələrinin qorunması kimi sahələrini əhatə edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri