Azərbaycanın üçdə bir hissəsində yayımlanan və cənub bölgəsinin yeganə televiziya kanalı olan "Cənub" televiziyasının (CTV) 3 yaşı tamam olub. Trend-in məlumatına görə, bu münasibətlə Lənkəranda keçirilən geniş tədbirdə CTV və Regional Televiziya şirkətinin baş direktoru Rüstəm Əliyev şirkətin fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, 2007-ci il dekabrın 31-dən yayımlanan CTV tez bir zamanda Azərbaycan və dünya həqiqətlərini əhaliyə çatdırmaq, bölgələrdə yaşayan vətəndaşların sosial problemlərini işiqlandırmaq və canlı verilişlər hazırlamaqla böyük tamaşaçı ordusu toplaya bilib. Daha sonra o, CTV kollektivinə fəaliyyətində böyük uğurlar arzulayıb.
Fəaliyyətinin ilk günlərindən uzun illər televiziya təcrübəsi olan peşəkarlarla yanaşı, CTV-yə istedadlı gənclərin cəlb olunduğunu deyən CTV-nin icraçı direktoru Eltən Qədimbəyli əlavə edib ki, burada özünəməxsus televiziya məktəbi yaranıb.
"Əldə olunan nailiyyətlərlə kifayətlənməyəcəyik və yeni-yeni layihələr üzərində işləyirik. Yaxın vaxtlarda tamaşaçıların görüşünə daha bir neçə maraqlı proqramla gələcəyik. 22 veriliş istehsal edən CTV Regional Televiziyanın digər kanalları ilə də layihə mübadiləsi həyata keçirir", - Qədimbəyli qeyd edib.
Tədbirdə CTV-nin üçillik fəaliyyətindən bəhs edən videofilm nümayiş olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri