Metroda təhlükəsizlik gücləndirilir.
Bakı Metropolitenində təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə müşahidə kameralarının sayı artırılır. Bu barədə ANS PRESS-ə açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva məlumat verib.
Metropoliten rəsmisinin sözlərinə görə, təhlükəsizlik məqsədilə atılan addımlar çərçivəsində həmçinin metrostansiyalarında siqnalizasiya sistemi də quraşdırılır.
“Bu uzunmüddətli bir prosesdir. Hələlik ətraflı məlumat vermək istəməzdim, amma bütün işlər sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün nəzərdə tutulub”, deyə Nəzakət Tanrıverdiyeva bildirib.
O, görülən işlərə baxış keçiriləndən sonra mətbuata ətraflı açıqlama veriləcəyini vurğulayıb.
Qeyd edək ki, Metropolitendə görülən işlərə fevral ayının son günlərində baxış keçiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri