Twitter-də Bin Laden müzakirələri

03-05-2011 / 16:42

Usama bin Ladenin ölüm xəbəri bütün dünyanın diqqət mərkəzindədir.

Xəbərlər-in verdiyi məlumata görə, artıq səhər saatlarından tibarən Twitter sosial şəbəkəsində qızğın söhbətlər gedir, baş verən hadisəyə hərə öz münasibətini bildirir. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

"Gündəmi məşğul etmək üçün ABŞ-ın Wikileaks-dən sonra növbəti oyunu... Bin Laden öldürüldü... :)))) İnananlar inansın, amma mən inanmıram..."

"Necə ölübsə ağzı heç dəyişməyib, eyni pozisyondadı. Özü də dişləri də ağarır hələ də:):):)".

"Ben Ladenin ölümünə bütün dünya sevinir... Bəs bizə deyirdilər ki, insan ölümünə sevinmək humanizm deyil?".

"Facebook-da Ben Laden-i like etməyin zamanı gəldi)))".

"ABŞ özü doğduğu Bin Ladeni öldürdürüb dənizə atdığını iddia edir. Bin Laden de bir gün Ata Abdullayev kimi dirilsə təəccüblənmərəm".

"ABŞ 80-ci illərdə SSRI-yə qarşı hazırladığı yetirməsi Bin Ladeni 2011-ci ildə öldürdü".

"Bin Laden öldürüldü. Başlasın konspirasiyalar".

"USA Usamanı tutammadı, Usama da utanmadı, amma usandı. Yoxsa uzandı?".

"Obamanın öldürülməsi rəsminin saxta olduğu üzə çıxdı. Reuters yayımladığı şəkilləri geri çəkdi".

"Usama bin Laden layihəsi də başa çatdı... Allah növbəti və daha təhlükəli layihələrdən qorusun..."

 


Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə