Azərbaycan İKT layihələrinə 3,5 milyard dollar ayıracaq

28-03-2012 / 17:29
Azərbaycan hökuməti hesab edir ki, qarşıdan gələn on ildə informasiya-kommunikasiya texnologiyaları layihələrinə $3,5 mlrd investisiya qoyulacaq. 
Bu həcmdə vəsait ölkənin Avrasiya telekommunikasiya şəbəkəsinə qoşulmasını təmin etmək üçün lazımdır. Bunun üçün Azərbaycanın təşəbbüsü ilə bir sıra layihələr həyata keçiriləcək. Bunlar Avropanı Asiya-Sakit okean regionu ilə birləşdirəcək "Transavrasiya superinformasiya magistralı" (TASIM) və Rusiya, Azərbaycan, İran və Omanı (Fars körfəzi ölkələri vasitəsilə) birləşdirəcək "Avropa-Asiya informasiya magistralı"dır (EPEG).
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər ki, vəsaitin böyük hissəsi özəl sektor tərəfindən qoyulacaq. 
AzerTac

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə