Facebook-da axtardığınız hər şeyi tapa biləcəksiniz

05-04-2012 / 14:15
800 milyondan artıq istifadəçisiylə ən böyük sosial şəbəkə mövqeyindəki Facebook axtarış xüsusiyyətlərini daha çox inkişaf etdirmək üçün işlər aparır.
 
Facebook-un axtarış tərəfi olduqca zəifdir. Ən çox Facebook daxili açıq statuslarda, səhifələrdəki commentlərdə olan axtarışlar istənilən səviyyədə deyil.
Axtarılan məlumatlar çətin tapılır və ya heç tapılmır. 
 
Xeberler.az-ın məlumatına görə, Facebook köhnə bir Google işçisinin rəhbərliyi ilə 24 nəfərlik bir qrup ilə daha yaxşı axtarış xidməti vermək üçün üçün yeni bir axtarış mühərriki hazırlayır. Hazırlanan bu axtarış xüsusiyyəti ilə istifadəçilər xəbər axışındakı (news feed), Facebook səhifələrindəki və ya digər hissələrdəki müəyyən mövzudakı məlumata sürətlə çata biləcək. Ayrıca şirkət axtarış xüsusiyyətlərini inkişaf etdirərək reklamçılardan daha çox gəlir əldə etmək istəyir.
 
Digər yandan Facebook axtarış xüsusiyyətlərini təkmilləşdirərkən Microsoftla da maraqlanın üst-üstə düşməyinə diqqət yetirməlidir.
Məlumdur ki, Facebook ilə Microsoft arasında bir partnyorluq razılaşması var.
 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə