Previous Next
Bağla

Elektron hökumət proqramı üçün pul tapılmır

29-03-2015 15:30
Elektron hökumət proqramı üçün pul tapılmır

“Elektron hökumətin”  inkişafına dair Dövlət proqramı niyə ləngiyir?

2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Elektron hökumət”in inkişafına dair Dövlət proqramı layihəsinin  hazırlanması ilə bağlı fərman imzalanıb.

Fərmanda dövlət proqramının 2013-2015-ci illəri əhatə etməsi nəzərdə tutulurdu.

Layihənin hazırlanması üçün əlaqələndirici qurumlar olaraq Rabitə və Yüksək Texnologiyalar nazirliyi və  Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara  Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyən olunmuşdu.  Rəsmi qurumlar  tərəfindən  proqram layihəsinin hazırlanaraq razılaşdırılması üçün aidiyyatı qurumlara göndərilməsi ilə bağlı Xəbərlər bir neçə dəfə məlumat verib.
Lakin hələ də “Elektron hökumətin inkişafı haqqında” dövlət proqramı təsdiq edilməyib. Bizdə olan məlumata görə, proqramın layihəsi bütün qurumlarla razılaşdırılsa da, Maliyyə Nazirliyi  layihəyə hələ də rəy verməyib.

Məsələylə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev Xəbərlər-ə bildirib ki, hazırda proqramın layihəsinin  müvafiq qurumlarla razılaşdırılması istiqamətində işlər aparılır.

İsfəndiyar Əliyevin sözlərinə görə, layihənin təsdiqə təqdim edilməsi üçün Nazirlik rəsmisi onu da bildirib ki, layihənin həyata keçiriləcəyi vaxt hələki dəqiqləşməyib.

Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov Xəbərlər-ə bildirib ki, Rabitə və Yüksək texnologiyalar Nazirliyi tərəfindən ASAN xidmətə layihə ilə bağlı gələn məktuba müsbət rəy verilib və bir ay əvvəl məktub Nazirliyə geri göndərilib.

Azərbaycan İnternet Forumunun prezidenti, Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın kordinatoru Osman Gündüz isə məsələyə münasibət bildirərkən qeyd edib ki, layihənin son variantı vətəndaş cəmiyyətinin də iştirakı ilə ötən il müzakirə edilərək qəbul edilib və aidiyyatı qurumlara göndərilib. “Güman ki, proqramın layihəsinin, daha doğrusu onun maliyyə təminatının  Maliyyə Nazirliyi  ilə razılaşdırılmasında problemlər  yaranıb” , deyə Osman Gündüz qeyd edib.

Onun sözlərinə görə, buna səbəb isə nazirliyin layihədə qeyd olunan məsələlər üzrə maliyyə xərclərinin daha da optimallaşdırılmasını və dəqiqləşdirilməsini tələb etməsidir.

Osman Gündüz elektron hökumət quruculuğu sahəsində xeyli ciddi layihələrin maliyyələşməsinə ehtiyac olduğunu diqqətə çatdırıb və “Elektron hökumət”in inkişafına dair Dövlət proqramının bu qədər uzanmasının, bu qədər ləngimələrə yol verilməsinin də xoşagəlməz olduğunu bildirib.

O, xeyli sayda dövlət qurumlarının sosial və ictimai əhəmiyyət kəsb edən xidmətlərinin elektron formaya keçirilməsi üçün daxili imkanlarının yetərli olmadığını  diqqətə çatdırıb.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

04-04-2017
Elektron Hökumətin inkişafı haqqında Dövlət proqramının Layihəsi müzakirə olundu

Elektron Hökumətin inkişafı haqqında Dövlət proqramının Layihəsi müzakirə olundu

12-07-2013
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib

14-12-2017
“Elektron hökumət quruculuğu sahəsində ciddi problemlər qalır”

“Elektron hökumət quruculuğu sahəsində ciddi problemlər qalır”

04-11-2013
Nə üçün dövlət qurumları elektron arayışları tanımır?

Nə üçün dövlət qurumları elektron arayışları tanımır?

02-06-2015
“Elektron hökumət layihəsi uğursuz oldu”

“Elektron hökumət layihəsi uğursuz oldu”

27-02-2013
Elektron arayışlar nə üçün populyarlaşmır ?

Elektron arayışlar nə üçün populyarlaşmır ?

12-05-2015
Elektron arayışları bütün dövlət qurumları tanıyırmı?

Elektron arayışları bütün dövlət qurumları tanıyırmı?

23-05-2015
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib

10-04-2017
Elektron xidmətlərin ictimai müzakirəsi keçiriləcək

Elektron xidmətlərin ictimai müzakirəsi keçiriləcək

10-04-2014
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

24-05-2018
Regional e- hökumət məsələləri yenidən müzakirəyə çıxarılacaq

Regional e- hökumət məsələləri yenidən müzakirəyə çıxarılacaq

26-05-2017
Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura   Təkliflər hazırlayıb

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura Təkliflər hazırlayıb

28-03-2013
Dövlət Fondunun müsabiqəsində qalib gələn startaplar nə üçün qrantlarını ala bilmirlər?

Dövlət Fondunun müsabiqəsində qalib gələn startaplar nə üçün qrantlarını ala bilmirlər?

13-03-2015
“Dövlət qurumunda olan informasiya vətəndaşdan tələb olunmamalıdır”

“Dövlət qurumunda olan informasiya vətəndaşdan tələb olunmamalıdır”

04-09-2015
Elektron Hökumətin İnkişafı Mərkəzi KOICA ilə görüşüb

Elektron Hökumətin İnkişafı Mərkəzi KOICA ilə görüşüb

30-07-2019
Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

19-03-2018
Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

24-05-2016
“Elektron lisenziya” portalı nə vaxt istifadəyə veriləcək?

“Elektron lisenziya” portalı nə vaxt istifadəyə veriləcək?

19-10-2015
Elektron xidmətlərin kütləviləşməsi müzakirə olunub

Elektron xidmətlərin kütləviləşməsi müzakirə olunub

26-05-2015
İctimai Şuranın facebook səhifəsi yaradılıb

İctimai Şuranın facebook səhifəsi yaradılıb

11-03-2013
Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022
Elektron Hökumətin İnkişafı Mərkəzinə rəhbər təyin edildi

Elektron Hökumətin İnkişafı Mərkəzinə rəhbər təyin edildi

01-05-2018
“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

14-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə