ABŞ-ın maliyyələşdirdiyi Azərbaycan Yeni Media layihəsi çərçivəsində Azərbaycanın 29 ucqar kəndi İREX tərəfindən otuz köşk və pulsuz internetlə təmin olunub.
Azərbaycanda online-a çıxışın sürətlənməsinə baxmayaraq, internet xidmətinin qiyməti yüksək olaraq qalır, xüsusilə də ölkənin regionlarında. Azərbaycan vətəndaşlarının böyük hissəsi internetə çıxışı internet olan kafelərdə, evdə internet klublar vasitəsilə olur.
IREX-in yanvar-may arasında seçilmiş kəndlərdə apardığı araşdırmasının nəticəsinə görə, 46 faizdən çox iştirakçı internetə telefonla bağlanır və surət və servisin zəif olduğunu deyir, 54 faiz isə internetdən istifadə etmir, ancaq pulsuz internet haqqında çox maraqlıdırlar.
82 faiz internetə giriş dərslərinə qatılmaq istədiklərini, 19 faiz daha çox e-mail-dən necə istifadə edildiyi, 27 faiz sosial media haqqında çox maraqlı olduqlarını, 50 faiz kompüter proqramları haqqında daha çox maraqlı olduqlarını və 2 faiz vergi sənədlərinin online həyata keçirilməsini öyrənmək istədiklərini deyiblər.
Çatışmazlığı aradan qaldırmaq üçün USAID, IREX, İnformasiya və Texnologiya Nazirliyi xalqa açıq və pulsuz 30 seçilmiş məntəqələrdə İnternet mərkəzlərinin açılması üçün əməkdaşlıq edib. USAİD və IREX-in köməkliyi ilə lazimi ləvazimatlar alınıb və internet baglantısı qurulub.
Nazirlik pulsuz internetləri seçilmiş məntəqələrdə yerləşdirib. Məntəqələr açılışından 1 il sonra nazirlik tərəfindən idarə olunacaq