Windows 7 daha təhlükəsiz olacaq
CNet News resursunun verdiyi xəbərə görə, Microsoftun təhlükəsizliyi ilə bağlı bəzi yenilənmələr olacaq.
Microsoft əməliyyat sisteminin təhlükəsizliyilə bağlı 10 müxtəlif funksiyanı Action Center adını alacaq bir idarəetmə panelində birləşdirməyi planlaşdırır. User Account Control proqramların daxil olma səviyyəsini kökləməyə imkan verəcək ki, bu da lazım olmayan proqramlardan qurtulmağa səbəb olacaq. Hətta məlumatların tamamilə olmaması şəraitində Windows 7 zərərli proqram təminatlarına nəzarət edib onların qarşısını alacaq.
Windows 7-də həmçinin BitLocker şifrələnməsi təkmilləşdiriləcək, sistemə giriş üçün biometrik göstəricilərlə idarə genişlənəcək, System Restore və Windows Firewall ilə iş mükəmməlləşəcək.
Göründüyü kimi, Microsoft şirkəti Windows Vista-nın təhlükəsizliyini qorumaq üçün bütün problemləri həll etməyə və hamının gözlədiyi əməliyyat sistemini təqdim etməyə çalışır.