İctimai xidmət monitorinqi

22-08-2013 / 11:21
Müsbət Dəyişiklik gənclər hərəkatı vətəndaşlara ictimai xidmət göstərən  müxtəlif qurumlar və hökumət rəsmiləri, məmurlar barədə vətəndaşlardan daxil olan məlumatlar əsasında  onlayn xəritə təqdim edir.
 
Xəbərlər-in verdiyi məlumata görə, ictimai xidmətlərdən istifadə edərkən hər gün sadə vətəndaşlar dövlət və digər ictimai xidmət qurumlarında Məsələn, Bakı Elektrik Şəbəkə və Azərsu) müxtəlif inzitabi,  bürokratik və davranış problemləri ilə üzləşirlər.
 
İnsanlar bu problemləri virtual olaraq ifadə edir, onlar barəsində danışır və şikayətlərini onlayn olaraq bölüşürlər. Bu layihə ictimai xidmətlə bağlı onlayn bölüşülən informasiyaları toplayıb xəritələşdirmək və analizi məqsədini daşıyır.
“İctimai xidmət monitorinqi” layihəsi ictimai xidmətlərlə bağlı vətəndaşların gündəlik həyatına təsir edən önəmli problemləri qabartmağı nəzərdə tutur.
 
 
Layihə komandası ayda iki dəfə mətbuata və rəsmilərə daxil olan məlumatlarla bağlı reportlar təqdim edir Bu reportlar vətəndaşlardan daxil olan şikayətləri, pozuntuların sayını, ən çox qaldırılan problemləri, ən az şikayət daxil olan qurumlar və digər vacib məlumatları özündə əks etdirəcək. 
 
Siz də qarşılaşdığınız problemlər barədə www.ictimaixidmet.org saytına daxil olaraq dərhal bizə bildirə və ya [email protected]  ünvanına yaza, 051 588-2417 nömrəsinə dərhal sms göndərə və ya tvitterdə @md_herekati twitter ünvanına bildirə bilərsiniz. Göndərdiyiniz problemlər dərhal xəritədə əks olunacaq.
 
Siz qarşılaşdığınız istənilən problemlə bağlı qurumu qeyd etməklə bizə yaza bilərsiniz
 
●     Məmurların etik davranış qaydaları pozuntuları
●     Müxtəlif regionlarda rəsmilərin qanunsuz davranışları
●     Rüşvət
●     Dövlət orqanlarının cavabsız qaynar xəttləri
●     Müxtəlif korrupsiya növləri: irəliçəkmə, ayrı-seçkilik, tərəfkeşlik
●     Vətəndaşları gözlədərək telefonla danışmaq, yemək yemək və s.
●     Təhqir, kobud davranış
●     Növbə mədəniyyətinin olmaması, xidmətin ləngidilməsi
●     Qarşılaşdığınız bütün növ ümumi və ya özünəməxsus problemlər
 
 
Xeberler.az
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə