Onlayn problemləriniz “Offline”-da müzakirə olunacaq

27-11-2015 / 14:55

Ölkədə onlayn xidmətlərin keyfiyyətinin artırılması və əhalinin onlayn xidmətlər mövzusunda maarifləndirilməsini təmin etmək üçün yeni offline.az saytı fəaliyyətə başlayır.

Məlumdur ki, hazırda ölkəmizdə onlayn  saytların xidmət keyfiyyətində  ciddi problemlər var. Əksər vaxt bununla bağlı istifadəçilərin şikayətlərini eşidirik.  

Bu problemləri nəzərə alaraq yaradılan saytda  istənilən şəxs hansısa onlayn xidmət barədə təcrübəsini, şikayətini, iradını, tərifini post halında  yerləşdirə biləcək.

Layihə rəhbəri Niyazi Qasımov Xeberler.az-a bildirib ki, offline.az saytında istifadəçilərin onlayn xidmətərlə bağlı rəyləri əsasında müəyyən bir   fikir formalaşacaq ki, hazırda bu sahədə   tələbat necədir və ölkəmizdəki saytlar necə fəaliyyət göstərir, vətəndaşlar saytlardan istifadə zamanı əsasən hansı problemlə qarşılaşırlar?

Onun sözlərinə görə, məqsəd onlayn xidmət göstərərkən keyfiyyət dərəcəsi aşağı olan və ya ümumiyyətlə, onlayn xidmətlərə isti yanaşmayan şirkət və ya qurumları qınaq obyektinə çevirməkdir.

Qeyd edək ki, sayt  tam istifadəyə verilməyib. Hazırda bu istiqamətdə işlər davam edir. İndi istifadəçilər [email protected] ünvanına  saytla bağlı fikrilərini yaza bilir. Həmçinin #offlineaz həştəqi ilə idealarınızı və ya təkliflərinizi paylaşa bilərsiniz. Bu zaman sayt nümayəndələri sizin təklifərinizi daha rahat izləyə bilir. 

Sayt istifadəyə veriləndə  istifadəçilər rahat şəkildə rəylərini yazıb, fikir mübadiləsi apara biləcək.

Saytda ölkənin rəqəmsal vəziyyəti ilə əlaqədar olan mövcud məsələlərlə paralel maarifləndirici məqalələr də oxumaq və paylaşmaq imkanı yaradılıb .

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə