Bakıda Startup Günləri keçirilir

07-11-2013 / 09:57
Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki bu gün Park İnn Hotelində  Startup Günlərinin  açılışı olacaq.
Startup Günləri 3 gün davam edəcək.
Startup Günlərinin keçirilməsində məqsəd “İKT İli” elan olunan cari ildə  ölkədə  milli startup infrastrukturun inkişafına təkan vermək, yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki  dəstək vermək,  startupçılar arasında əlaqələri gücləndirmək və yeni yaradılan qurumların -  İT-nin İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının imkanları haqqında startupçıları məlumatlandırmaqdan ibarətdir.

Startup Günləri çərçivəsində “Milli Startup infrastrukturun formalaşması və  investisiya mənbələri” mövzusunda Konfrans keçirilməsi, gənc və yeni başlayan startupçılar üçün Təlimlərin keçirilməsi, innovativ  biznes ideyaların və yeni İnternet layihələrinin ilkin variantlarının yarışmasını təşkil etmək, gənc və yeni başlayan startupçıların  fəaliyyətdə olan yerli startup sahibləri ilə görüşlərini keçirmək nəzərdə tutulub.
Startup Günlərində  startupçılar  innovativ biznes ideyalar ətrafında Komandalar formalaşdıracaq,  mentorların və ekspertlərin köməyi yeni startup Layihələrinin ilkin variantlarını hazırlayacaqlar.

Yekunda  bu Layihələrin təqdimatları və  yarışması təşkil olunacaq və peşəkar münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. 
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların, həmçinin  GoldenPay, Cybernet və Multibon şirkətlərinin qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Startup Günlərinə  Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Yüksək Texnologiyalar Parkı  və İnfipro dəstək verir. 
Startup Günlərinin Baş sponsoru Bakcell şirkətidir. 

Geniş məlumat : www.startupdays.startup.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə