İranda Facebook və Twitter-dən istifadəyə icazə veriləcək

07-11-2013 / 23:15

Iran vətəndaşları Facebook sosial şəbəkəsi və Twitter mikrobloqlar xidməti daxil olmaqla yaxın gələcəkdə 2009-cu ildən ölkə ərazisində bloklanmış bir sıra məşhur internet resurslarına giriş əldə edə bilərlər.

Xəbərlər-in verdiyi məlumata görə, İranın mədəniyyət naziri Əli Canatti bu yaxınlarda bəyan edib ki, hər kəs Facebook və başqa saytlara sərbəst giriş imkanına malik olmalıdır.

Xatırladaq ki, Facebook kimi sosial internet-resurslar İranda ona görə bloklanıb ki, radikal yönümlü şəxslər qiyam, qarışıqlıq və s. təşkili üçün ondan istifadə edə bilməsinlər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə