Noyabrın 5-7-də Bakıda Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində ECONANO qrant layihəsi üzrə növbəti görüş keçiriləcək. Bu, tərəfdaşları İtaliya, Fransa, Yunanıstan və Azərbaycan olan layihə iştirakçıları arasında baş tutan sayca 4-cü görüşdür.
tempuseconano.eu saytının məlumatına
görə, ECONANO layihəsinin əsas məqsədi Azərbaycanda “Ekologiya mühəndisliyi”
(EM) üzrə mövcud tədris proqramlarının daha müasir və təkmil kursların daxil
edilməsi yolu ilə, xüsusilə nanomaterialların ətraf mühitin mühafizəsində tətbiqi
və monitorinqini nəzərə alaraq modernləşdirilməsidir.
Layihədə EM tədris proqramlarının
islahatı magistratura pilləsində aparılacaq və eyni zamanda bakalavriat pilləsində
keçirilən ekoloji fənlərin korrektə olunması da nəzərdə tutulub. Azərbaycan təhsil
sistemində EM üzrə tədrisin modernləşdirilməsində məqsəd neft sənayesinin və
digər sənaye sahələrinin intensiv inkişafı ilə əlaqədar yaranan ekoloji təsirlərə
qarşı mübarizəni ixtisaslaşmış səviyyədə aparmaqdır. EM tədris proqramının
islahatında Azərbaycan ali təhsil sisteminin Avropa Birliyi ölkələrinin ali təhsil
sisteminin proqramları ilə harmonizasiyası davamlı şəkildə aparılacaq. Azərbaycan
ali məktəbləri ilə Avropa Birliyi ölkələrinin ali məktəblərinin ikili dərəcə çərçivəsində
birgə diplomlarının verilməsi məsələsinə baxılacaq. Layihədə iştirak edən
İtaliya, Fransa və Yunanıstan universitetləri ilə Azərbaycan universitetlərinin
əməkdaşlığı möhkəmləndiriləcək və inkişaf etdiriləcək:
“Layihə çərçivəsində nanotexnologiyanın nailiyyətlərindən istifadə edərək, Azərbaycanın
ali təhsil sistemində və Şərqi Avropa ölkələrində “Ekologiya mühəndisliyi” üzrə
magistr pilləsi üçün kurrikulumun modernləşdirilməsi və islahatı həyata keçiriləcək.
Bu yaradılan kurrikulum Avropa Birliyi ölkələrində bu sahədə mövcud olan
kurrikulumlara uyğunlaşdırılacaq. Əsas diqqət Avropa universitetləri ilə tərəfdaşlığa
yönəldiləcək. Şərqi Avropa Universitetlərinin bir-biri ilə mövcud olan yaxşı əlaqələrindən
istifadə edərək, tələbələr mübadiləsi həyata keçiriləcək. Azərbaycan Xəzəryanı
ölkələr sırasında neft ölkəsi kimi Avropa üçün çox maraqlıdır və bu regionda
neft istehsalının intensiv inkişafı çoxlu ekoloji problemlərin həllini tələb
edir. Odur ki, mühəndis ekologiyası üzrə mütəxəssislərin yetişdirilməsi və
onların Avropa standartlarına uyğunlaşdırılması aktual məsələdir. Layihədə mühəndis
ekologiyası üzrə magistr hazırlığını nanotexnologiyanın nailiyyətlərinə əsaslanaraq
aparmaq daha məqsədəuyğundur. Bunun üçün xüsusi metodika hazırlanacaq,
iştirakçı universitetlərin professor-müəllim heyəti cəlb ediləcək, onlar
arasında əlaqələr yaradılacaq. Layihə çərçivəsində tələbələrin mübadiləsi həyata
keçiriləcək”.
Mənbə layihədə bir sıra fəaliyyət istiqamətlərinin nəzərdə tutulduğunu qeyd
edir. Buraya tərəfdaş ölkələrin ali təhsil
sistemlərində tədris proqramlarının islahatı və müasirləşdirilməsini təşviq etmək,
tərəfdaş ölkələrdə ali təhsilin keyfiyyətinin və üstünlüklərinin inkişaf
etdirilməsi, tərəfdaş ölkələr və Avropa İttifaqı ali təhsil müəssisələrinin
potensialını artırmaq, xüsusilə beynəlxalq əməkdaşlıq və davamlı islahatlar
aparmaq üçün tərəfdaş ölkələrdə onlara kömək etmək, özlərini geniş ictimaiyyətə
təqdim etmək, iş tapmaq və geniş dünyaya inteqrasiya olunmaqda yardım etmək
daxildir.
Eyni zamanda tərəfdaş ölkələrin və Avropa İttifaqına üzv dövlətlərin ali təhsil
müəssisələri və elmi tədqiqat institutları arasında şəbəkə artırmaq da layihənin
əsas istiqamətlərindəndir.
Hazırda Fransanın Paris-13 Universitetində də ECONANO layihəsinin hazırlanması
ilə əlaqədar tədbir keçirilir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının
Radiasiya Problemləri İnstitutunun 1 saylı laboratoriyanın aparıcı elmi işçisi
Bəhruz Süleymanov iştirak edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri