“Kimlərsə bu sistemdən yaralanaraq sadəcə gəlir götürmək istəyir”

04-11-2014 / 20:39

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi noyabrın 1-dən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatının ödənişli olduğunu elan edib. Yeni qaydalara əsasən, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir İMEİ nömrəsinin qeydiyyatı üçün 5 manat, sahibkarlıq fəaliyyəti məqsədi ilə olanlar üçün 0.20 manat müəyyən edilib.

Xeberler.az saytı Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzün məsələyə münasibətini öyrənib.  

Qaydalarda belə xərclərin nəzərdə tutulmadığını bildirən AİF prezidenti qeyd olunan xərclərin qanuni olaraq əsaslandırılmadığını söyləyib: “Artıq sistem qurulub, qaydalarda nəzərdə tutulan xərcləri də mobil operatorlar ödəyib. Əgər mobil operatorlar avadanlıq, proqram təminatı, sistemlərinin təhlükəsizliyi  ilə bağlı xərcləri özləri ödəyirlərsə, onda hər bir nömrədən alınacaq kifayət qədər böyük məbləğ - 5 manat nəyə yönələcək, hansı xərcləri ödəyəcək? Deməli vətəndaş 25 manat verib telefon alacaq , onun da 20 faizini Rabitə Nazirliyinə verməlidir. Bu necə ola bilər axı?

Bu sistem Dövlət Gömrük Komitəsinin də sisteminə qoşulub və ölkəyə daxil olan telefonlarla bağlı məlumatlar elə oradan da avtomatik formada alınıb emal olunursa, hansı əlavə xərclərdən söhbət getməsi anlaşılmazdır”.

Osman Gündüzün fikrincə, ödənişin elektron formada olması xərcləri daha da azaldır: “Elektron hökumət portalında artıq imkan nəzərdə tutulub. Bütün məlumatları da vətəndaş özü sistemə daxil edəcəksə, onda daha hansı xərclər ödənilməli anlaşılan deyil. Axi bütün bunlar əlavə işçiyə, digər resurslara ehtiyac yaratmır, əksinə daha da xərcləri azaldır. Bir yandan elektron formaya keçirilir, məsrəflər azaldılır, bir yandan da ödənişli edilir. Düşünürdüm, nazirlik bəlkə də könüllü qeydiyyata görə vətəndaşlara əlavə güzəştlər verəcək. Kimlərsə bu sistemdən yararlanaraq ya digər xərcləri ödəmək fikrinə düşüb, ya da elə sadəcə gəlir götürmək istəyir”.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə