“3G” şəbəkəsindən istifadə dayandırılacaq

05-12-2014 / 16:45

ABŞ-da “3G” şəbəkəsindən istifadə dayandırılacaq. Belə ki, ölkənin nəhəng mobil rabitə operatorlarından biri “Verizon” şirkəti “CDMA” və “EV-DO” (3G) şəbəkələrini ləğv etməyə hazırlaşır.

ABŞ-ın Serbiya əsilli sakini Milan Milanoviç aşkar edib ki, Klivlend və Manhetten şəhərlərində “LTE” şəbəkələrində məlumatların ötürülməsi üçün operator əvvəllər “EV-DO” şəbəkəsi üçün ehtiyatda saxlanılan 1900 MHs tezliyindən istifadə edir. “Verizon” nümayəndəsi bildirib ki, bu, yalnız sınaq olub və şirkət keçidə hələ ki tam hazır deyil. 

Operatorun “3G” şəbəkəsindən “LTE”-yə keçidi başa çatdırması üçün kifayət qədər çox vaxt lazımdır. Hazırda “Verizon”un inkişaf etmiş infrastruktura və “LTE”-nin geniş əhatə zonasına malik olmasına baxmayaraq onun şəbəkəsində fəaliyyət göstərən mobil aparatların 41 faizi “LTE”-ni dəstəkləmir. Şirkətin “CDMA” və “EV-DO” şəbəkələrinin istismarının bu standartlarda mobil rabitə xidmətlərinə tələbatın azalması ilə əlaqədar dayandırılması güman edilir, - "IT Expert” yazır.

Mənbə: Azpress


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə