“Azərbaycan
Turizm İnstitutunda informasiya sistemlərinin təhlükəsizliyini artırmaq üçün
antivirus təminatı həyata keçiriləcək”.
Məlumatı
Xeberler.az-a İnstitutun prorektoru Eldar Aslanov verib.
Prorektor vurğulayıb ki, informasiya
təhlükəsizliyi məsələsi bugün ən vacib məsələlərdən biridir:
“Tələbələr, professor-müəllim heyəti haqqında, imtahanların nəticəsi və s. kimi
məlumatların elektron bazasının qorunması, təminat altında olması gərəklidir.
Orijinal antivirus proqramı olmasa, ali məktəbdə olan böyük həcmli məlumatlar
risk altına düşə bilər. Buna görə də, İnstitut “Mif Təchizat LTD” şirkəti ilə
müqavilə çərçivəsində antivirus proqram təminatı həyata keçirəcək”.
Mədəniyyət və
Turizm Nazirliyi Turizm İnstitutunun informasiya təhlükəsizliyini təmin
etmək məqsədi ilə müqavilə bağlayıb. Maliyyə Nazirliyinin müvafiq bazasında yer alan məlumata görə, “Mif Təchizat LTD” şirkəti ilə bağlanılmış
müqavilənin dəyəri 11min 800 manat təşkil edir.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri