“İKT
savadlılığının təmin edilməsinin ölkəyə verdiyi fayda, istənilən sənaye yeniliyinin verdiyi faydadan
bir neçə dəfə çoxdur. Məhz buna görə informasiya cəmiyyətlərində İKT-nin
inkişafı aparıcı amillərdən hesab
edilir”.
Xeberler.az-ın məlumatına görə, bunu təhsil
naziri Mikayıl Cabbarov nazirliyin dəstəyi ilə hazırlanmış elektron resursların
təqdimat mərasimində çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, bu gün internet şəbəkəsinin genişlənməsi Təhsil Nazirliyinin qarşısına yeni tələblər qoyur. Bu məqsədlə e-resurs.edu.az portalı yaradılıb:
“Təhsilin informasiyalaşdırılması təhsildə elektron dərsliklərin istifadəsi üçün də geniş yol açır, elektron dərsliklərin öyrənmə prosesini fərdiləşdirməyə şərait yaradır.Sürətlə inkişaf edən informasiya-kommunikasiya texnologiyaları , bununla yanaşı qoballaşma prosesləri dünya ölkələrinin siyasi, sosial, iqtisadi inkişafına ciddi şəkildə təsir göstərir. Təbii olaraq bu konteksdə Azərbaycan da istisna deyil. Bu gün yaşadığımız əsr informasiya cəmiyyətinin yaranması ilə xarakterizə olunur və belə bir cəmiyyətdə istehsalın əsas məhsuluna informasiya və səriştələr çevrilir. Son 10 il müddətində tədrisin informasiyalaşdırılması istiqamətində 2 dövlət proramı icra olunub, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ümumtəhsil müəsisələrində elektron sinif otaqları yaradılıb. Bu gün hər 18 şagirdə 1 kompüter düşür. 1765 təhsil müəssisəsi geniş zolaqlı internet şəbəkəsinə qoşulub . Və bu internet şəbəkəsinin genişlənməsi qarşıya yeni maddi çağırışlar qoyur. Bu məqsədlə yeni yaradılan portalı yaradılıb”.
Mikayıl Cabbarov qeyd edib ki, portal vasitəsilə hər bir istifadəçi elektron dəsrliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar və digər təhsil resurslarına çıxış əldə edə bilər.
Nazir bununla yanaşı dərsliklərin
məzmunlarının onu qane etmədiyini də bildirib: “Biz İKT-ni, İKT ilə təminatı,
elektron resursları tətbiq etsək də, bunun kökündə yenə məzmun durur. Dərsliyin
məzmununda olan səviyyə bizi qane etmirsə, onu İKT formatda təqdim etməklə biz
mahiyyət problemini həll etmiş olmuruq.
Bu günə qədər məzmun məsələsini həll edə bilməmişik, keyifyyət bir tərəfə
qalsın, müsabiqəyə çıxarılası bir dərslik əldə etmirik. Düzdür, müəyyən artım
var, biz müəyyən işlər həyata keçirmişik, amma yenə də statistika onu göstərir
ki, vəziyyət qənaetedici hesab edilə bilməz.
Ümumiyyətlə dərsliyin yaradılması üçün təklif belə verilməyən fənnlər var. 2012-ci ildə 2 , 2013-cü ildə 3 , 2014-cü ildə 1 fənn üzrə ümumiyyətlə təklif verilməyib. Bu da əsasən xarici dillərdir. Bu o deməkdir ki, mövcud çərçivədə şagird-tədris proqramı təsis olunub: şagird məktəbə gəlməlidir və dərslik olmalıdır. Amma dərsliyin yaranması üçünümumiyyətlə təklif yoxdur. Dərslikləri ən yaxşı mütəxəssislər yaratmalıdır. Biz artıq bu istiqamətdə müvafiq təkliflərimizi hökümətə təqdim etmişik. Yaxın zamanlarda biz dərsliklərin yaradılmasında texnoloji prosesində də yeni nailiyyətlər əldə edəcəyik”.
Nazir çıxışı zamanı elektron dərsliklərin üstünlüklərindən də danışıb: “İnternetə çıxışı olan hər bir şəxs üçün dərslik əlçatandır və pulsuz əldə edilə bilər. Şagirdlər məktəbə kitab daşımaqdan azad olunur bu da müəyyən mənada kiçik yaşlı uşaqların sağlamlığının qorunması üçün çox əhəmiyyətlidir. Ənənəvi dərsliklərdən fərqli olaraq e-dərsliklər interaktov məzmuna malikdir və bu da öyrənmə prosesini asanlaşdırır. Xaricdə yaşayan soydaşlarımız dərsliklərdən istifadə edə biləcək”.
Mikayıl Cabbarov
onu da vurğulayıb ki, ölkəmizdə elektron dərsliklərin hazırlanmasına bir qədər
gec başlansa da, qısa müddət ərzində bu sahədə digər ölkələrdən daha əlçatan
rahatlıqla istifadə oluna biləcək sistem yaradılıb.
Tədbirdə
çıxış edən millət vəkili Bəxtiyar Əliyev elektron tədris resurslarının
yaradılmasını təqdirə layiq hal kimi qiymətləndirib: “Bu gün gənc nəsli
kompütersiz, internetsiz təsəvvür etmək mükün deyil. Ona görə də, təhsil
sisteminə elektron resursların gətirilməsi şagirdlərin, tələbələrin interaktiv
metodlar vasitəsilə yeni biliklərə yiyilənməsini və gələcəkdə onlar səriştəli
kadr kimi hazırlanmasının təminatıdır. Bu gün sürətli internet qısa müddət ərzində
həmin materiallarla fəal işləmək, şagirdlərin və tələbələrin müstəqil şəkildə
tapşırıqlarını yerinə yetirməsinə , imkan yaradı4. Məktəblilər məktəblilər üçün elə bir şərait yaradılıb ki,
onlar özü də hiss etmədən böyük maraqla təlim resurlarından da istifadə edirlər”,deyə
o əlavə edib.
Nazirliyin
Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev elektron
resursları təqdim edib.O, bildirib ki, elektron resursları bir mənbədə yerləşdirmək
üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi
elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif
oyunlar və digər bu tipli təhsil resurslarına çıxış əldə edə bilər. Tədbirdə
bir sıra elektron resurslar haqqında ətraflı məlumat verilib. Bildirilib ki,
hazırda e-derslik.edu.az portalında II, III, VI və VII siniflər üzrə dərsliklər
yerləşdirilib. Bu günə qədər 25 mindən artıq istifadəçi portaldan qeydiyyatdan
keçərək elektron dərsliklərdən istifadə edir.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri