Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ)
milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və
alqoritmlər hazırlayıb.
İnstitutun
elmi işinin əsas məqsədləri domen bazarının tənzimlənməsi, domen adlarının
müxtəlif təhdidlərdən qorunması üçün domen sahiblərinin məqsədlərinin avtomatik
aşkarlanması məqsədilə qərarların qəbul edilməsindən ibarətdir.
İnstitut
tərəfindən, həmçinin qeydə alınan domen adlarının eyniləşdirməsi metodu təklif
edilib. Bundan başqa, İTİ qeydə alınan
domenlərin intellektual analizi metodunu hazırlayıb.
İntellektual sistem veb-resursların
analizinin prosesini avtomatlaşdırmağa və domenlərdən hansı hədəflərdə istifadə
olunduğunu aşkar etməyə imkan verəcək. Söhbət yaşayış məntəqələrinin adları,
Azərbaycanın görməli yerlərinin, relyefin xüsusiyyətləri haqqında məlumatların
olduğu domen adlarından istifadə sahəsində sui-istifadə faktlarının üzə
çıxardılması mexanizmlərindən gedir.
Azərbaycanda .az domen zonasında
görkəmli şəxsiyyətlərin, şəhər və rayonların, həmçinin ölkənin görməli
yerlərinin adlarından istifadə etməklə resursların qeydiyyatı qadağan edilib.
Hazırda .az milli domen zonasında qeydə alınan saytların sayı 22 764 ədəd təşkil edir. Qeyd edək ki, .az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir./trend/
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri