“Dilmanc Çağrı Mərkəzi” (Dilmanc call centre) Azərbaycanda insan nitqini başa düşərək ona adekvat cavab verən ilk belə sistemdir.
Xeberler.az-a danışan Dilmanc
Proqramçılar qrupunun rəhbəri Rauf Fətullayev sistemin həm də təbii dili başa
düşdüyünü, nitqi analiz etdiyini, cavablar bazasından ona uyğun təklifləri
generasiya edib səsləndirdiyini bildirib.
Rauf Fətullayev sistemin ilk dəfə
“Bakutel-2014” sərgisində nümayiş olunduğunu söyləyib: “Sistem bizə imkan verdi
ki, yeni nəsil çağrı mərkəzləri yaradaq. Bu vasitə ilə təkrarlanan suallardan
azad olmaq, çağrı mərkəzlərinin xərclərini azalmaq, hər gün çoxlu zəng qəbul etmək
mümkün olacaq. Bunlar uzun illər aparılan tədqiqatların nəticəsidir”.
“Dilmanc” milli tərcümə
sisteminin yaradılmasına rəsmi olaraq 2005-ci ildən start verilib. Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi (RYTN) ilə BMT-nin İnkişaf Proqramının (UNDP)
Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində yaradılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri