Koreyanı internetsiz qoyan filmi bir gündə 900 min istifadəçi yüklədi

26-12-2014 / 09:56

900 mindən artıq istifadəçi “Müsahibə” filminin pirat variantını bir güdə internetdən yükləyib.  Xəbəri Variety saytı yayıb.

Bizimyol.info Lenta.ru-ya istinadla bildirir ki, “Müsahibə” filminin YouTube Movies, Google Play, Xbox Video kimi platformalarda yerləşdirilməsindən sonra onun pirat variantlarını torrent istifadəçilər dünyanın hər yerində öz kompüterlərinə yükləyiblər. Ən yüksək faiz ABŞ-ln payına düşüb.

Bu film qalmaqallı tarixçəsi ilə yaddaşlarda qalıb. Koreya lideri Kim Çen Undan bəhs edən “Müsahibə” filmini Sony Pictures kino şirkəti 2014-cü il dekabrın 18-də Nyu-Yorkda nümayiş etməyi planlaşdırırdı. Premyera zamanı terror aktı olacağı haqda naməlum hakerlərdən gələn təhdid səbəbindən şirkət tədbiri ləğv etməyə məcbur olub.

Bir qədər öncə SonyPictures şirkəti güclü kiber hücuma da məruz qalmışdı. Hakerlər bir sıra məxfi məlumatları, “Müsahibə” filmini tam həcmdə ələ keçirmışdilər. ABŞ rəsmən Şimali Koreyanı hücumun təşkilində ittiham etmişdi. ABŞ prezidenti Barak Obama hücumda əli olanları cəzalandıracağına da söz vermişdi. Dekabrın 22-də isə Şimali Koreyanının interneti tam kəsilib, mütəxəssislər bunun səbəbini tapa bilməyiblər. 2 gün sonra internet bərpa olub. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə