Azərbaycan genişzolaqlı internet xidmətləri genişləndirilir

14-01-2015 / 12:22

“Azərbaycanda genişzolaqlı xidmətlərin ölkəmizin bütün zolaqlarında daha da genişləndirilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanmış geniş bir layihə mövcuddur. İşlər gedir, və həmin layihənin inkişaf etdirilməsi üçün əlavə kreditlərin ayrılması məsələsinə baxılır”.

Xeberler.az-ın məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hazırda həmin layihənin üzərində müəyyən qiymətləndirmələr aparılıb və layihə dəqiqləşdirmələr mərhələsindədir. “Əvvəlki illərdə Dövlət Neft Fondu ilə birlikdə bu sahədə bir neçə işlər həyata keçirildi. Hazırda digər mənbləri də cəlb etməklə bu layihələrin həyata keçirilməsinin üzərində işləyirik. O cümlədən də müxəlif qurumlardanda kreditlərin cəlb olunmasına çalışırıq. Güman edirik ki, bu layihənin icrası iqtisadi cəhətdən çox vacibdir və bunun üçün kreditlərin və müəyyən mənbələrin cəlb olunması üçün heç bir problem olmayacaq, layihə uğurla həyata keçiriləcək. Hazırda layihənin dəqiqləşdirmə mərhələsindəyik”.

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə