7 sətirlik kod yazdı, dünyanın ən gənc milyarderi oldu

21-11-2017 / 14:15

2011-ci ildə 27 yaşlı irlandiyalı sahibkar John Collison Stripe adlı  internet ödəniş sistemi qurdu. Bununla da o, dünyanın ən bahalı milyarderi oldu.

Qeyd edək ki, hazırda Stripe-ın  dünyada 100 mindən çox müştərisi var və ötən il şirkətin dəyəri 9,2 milyard dollara çatıb.

Bununla da o, Forbes-ə görə, dünyanın ən gənc sıfırdan olan milyarderidir.

Stripe bir saytdır. Belə desək, şirkətlər internetdən bu platforma üzərindən ödəniş ala bilər.

Saytın təsisçiləri olan Patrick və Con Collison 20-dən çox şagirdin olduğu bir məktəbdə oxuyub.

Bloomberg-in qardaşlarla müsahibəsində Patrick qeyd edib ki, o, sinifdə sıxılanda kitab oxuyurmuş.

Xeberler.az müsahibəyə istinadən bildirir ki, o, kitabları müəllimin görə bilmədiyi bir şəkildə saxlaya bilirmiş.

Patrik məktəbin son ilini evdə çalışıb. 16 yaşında Patrick proqramlaşdırma dili və süni intellekt sisteminin inkişaf etdirilməsi üzrə  "İlin gənc elmi işçisi" mükafatına layiq görülür.

Daha sonra onlar hər ikisi Hardvard Universitetinə qəbul olur və birgə təhsil alırlar.

Boş zamanlarında iPhone tətbiqləri hazırlayan qardaşların ilk səs gətirən işi  Vikipedia-nın 8 dollarlıq modeli olub. Bu yenilik ilə insanlar internet olmadan məlumat axtarışı edə bilir.

İki qardaş içi dolu bir məlumatı  kiçik bir fayla sıxışdıra biləcək bir tətbiq üçün kod yazır.

Onlar həmçinin eBay-də hərracların idarə olunması üçün proqram yaradıb və 2008-ci ildə Auktomat Inc-ə 5 milyon dollara satıb.

2009-cu ildə universiteti bitirən qardaşlar 2009-cu ildə Stripe olacaq bir fikir üçün işə başlayıb.

Palo Alton-un hazırki rəqibləri PayPal-ın keçmiş ofisinin qarşısında bir ofis kiralayıb. Onlar 2 il test etdikləri proqramı 2011-ci ildə hamı üçün istifadəyə təqdim ediblər.

Bu gün 100 mindən çox müəssisə Stripe istifadə edir. Stripe kredit kartı məlumatlarını təhlükəsiz saxlayır, fırıldaqçılıq və yeni xidmətlərin qarşısını alır.

Stripe-ın fərqi  isə 7 sətirlik kodla ödəniş qəbul edilməsidir. Belə ki, bu kiçik kodunuzu saytınıza və ya mobil tətbiqinizə əlavə edib, internetdə satışa başlaya bilirsiniz.

2014-cü ilə qədər 40 milyon dollar yatırım alan şirkət, 2014-cü ildə daha 80 milyon dollar qazanmağı bacarıb.

Qeyd edək ki, hazırda bir çox texnologiya nəhəngləri bu sistemdən istifadə edir. Stripe istifadə edənlərdən biri Apple Pay edir.

Çinin ən böyük texnologiya şirkətlərindən biri olan Alipay, Twitter də ödəmələrini bu sistem üzərindən edir.

Hazırda platforma 25 ölkədə xidmət göstərir. Qurucular olan iki qardaş isə dünyada ən gənc milyarderidir.

John Collison müsahibəsində deyib ki, ona ən çox nə qədər pulunun olduğu barədə suallar verirlər:

“Ətrafdakılar həmişə eyni sualı verir: nə qədər pulun var?. Hər kəs məndən bu sualı soruşur və cavab verməyimi gözləyir. Amma buna bir cavabım yoxdur”.

Collison boş zamanlarında yalnız qaçdığını qeyd edib:

“Bu, çox sadə hobbidir. Amma mən bunu etməyi çox sevirəm”.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə