“eBay” əlavəsi “Android” sistemli qurğulara 100 milyon dəfə yüklənib

13-04-2015 / 11:39

Elektron ticarətdə dünya lideri olan “eBay” internet mağazası “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularda "eBay” əlavəsini 100 milyon nəfərin quraşdırmasını açıqlayıb. “Android” dünyada “eBay” mobil istifadəçiləri arasında ən populyar əməliyyat sistemi olub.

Xəbərlər “TelecomDaily”  saytına istinadən məlumat verir ki, hazırda “eBay” mobil əlavələrindən dünyanın 190 ölkəsində 8 dildə istifadə etmək mümkündür ki, bu da ona istənilən yerdə və “Android”, “iOS”, “BlackBerry” və “Windows Mobile” platformalarını dəstəkləyən bütün qurğular vasitəsilə alış-veriş üçün geniş imkanlar açır. Cari ilin aprelində “Android” sistemli qurğularda “eBay” əlavəsinin istifadəçilərinin sayı 100 milyonu ötüb ki, bu da ona platforma istifadəçiləri arasında onlayn alış-verişə yüksək tələbatın olmasından xəbər verir. Hər gün “Android” ilə “eBay”da 2,33 milyon istifadəçi qeydiyyatdan keçir, 90 mindən çox insan əlavəni quraşdırır.

Qeyd edək ki, “eBay” internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. “eBay”da brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər “eBay”da nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca “brands.ebay.com” bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.

Şirkət həmçinin “PayPal” və “Ebay Enterprise” şirkətlərinin sahibidir. Direktorlar Şurasının qərarına görə, 2015-ci ildə “eBay” “PayPal” sistemini ayrıca şirkətə ayıracaq. Sazişin maliyyə məsləhətçisi qismində "Goldman Sachs”, “Allen & Company” çıxış edir.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə