AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

18-07-2018 / 12:41

Bakcell şirkəti özünün AppLab layihəsində iştirak edən gənc developerlər üçün daha bir təlim sessiyası təşkil edib.

Xeberler.az məlumat verir ki, Layihənin idarə edilməsi mövzusunda keçirilmiş bu təlim, layihələrin uğurla idarə edilməsinin əsas prinsipləri ilə yanaşı, keyfiyyət meyarlarının düzgün təyin edilməsi, planlaşdırma metodlarının öyrənilməsi, PERT və Gant cədvəlləri, korporativ qaydaların müəyyən edilməsi və digər mövzuları əhatə edib.

Belə ki, Bakcell şirkətinin AppLab proqramının iştirakçılarına layihələrin həyata keçirilməsinin hər bir təşkilatda baş verən biznes proseslərinin ən vacib məqamlarından olması barədə danışılıb.

Bildirilib ki, layihələr öz mürəkkəbliyinə görə fərqlənir və statistikaya əsasən, menecerlərin ümumi iş vaxtının 50%-dən çox olan hissəsi strategiyanın düzgün təşkil edilməsi və layihələrin düzgün idarə edilməsinə sərf olunur. Təlimin sonunda isə iştirakçılara öz yeni biliklərini praktikada tətbiq etmək imkanı verilib.

Bakcell-in AppLab mərkəzində yaradılmış mühit çox yaxşı təsir bağışladı. Burada iştirakçılara yeni biliklər, fürsətlər və biznes əlaqələrin əldə edilməsi üçün geniş imkanlar verilir. Bu biznes inkubatoru təkcə iş mühiti deyil, iştirakçılar üçün keyfiyyətli bir məlumat mənbəyi rolunu oynayır və bugünkü kimi vacib mövzularda təlimlərin keçirilməsi onların daxili motivasiyasını artırmaqla yanaşı onların uğurlu olmaq şansını da xeyli artırır”, deyə CAC Təlim Mərkəzinin təlimçisi Məmməd Orucov bildirib.

Qeyd edək ki, AppLab proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell-dən dəstək alırlar. AppLab layihəsinin iştirakçıları şirkətin AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. AppLab Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.