“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018 / 12:59

Bakcell özünün AppLab inkişaf və inkubasiya proqramının məzunlarını və yeni iştirakçılarını bir araya gətirib.

Xeberler.az bildirir ki, şirkət keçən mövsümdə AppLab-da iştirak etmiş layihələrin uğurlarını qeyd etmək və proqrama yeni seçilmiş komandalar üçün tədbir təşkil edib.

Belə ki, proqrama yeni seçilmiş komandaları salamlamaq üçün təşkil olunan tədbirdə Blutu, ARzoom, Buket.al, Garden, Mango, CineManiac və MoodMusic layihələrinin müəllifləri ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində AppLab-ın mühüm rolu haqqında danışıblar.

Proqrama yeni qəbul olunan komandalar isə (Run2Help, Way To Future, Vavelya, Tusi və MadebyAz layihələri) öz ideyalarını təqdim edib və bu fürsətə görə Bakcell şirkətinə öz təşəkkürlərini bildiriblər.

“Bakcell şirkəti olaraq biz Azərbaycanın gənc developerlərinin böyük potensiala malik olduqlarından əminik və inanırıq ki, bu gənclərin ideyaları tək yerli bazar deyil, hətta beynəlxalq səviyyədə belə rəqabət apara biləcək məhsul və xidmətlərə çevrilə bilər. İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır. Gördüyünüz kimi, zəhmətimiz öz bəhrəsini verir və biz AppLab iştirakçıları arasında bu qədər uğurlu layihələrin olması ilə qürur duyuruq!” deyə Bakcell-in baş icraçı direktoru Nikolai Beckers bildirib.

AppLab layihəsinin iştirakçıları şirkətin AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.

AppLab proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. AppLab Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

Bakcell yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək edir və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verir.

 

 Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə