Previous Next
Bağla

Bakcell-dən 5 startapa dəstək-Siyahı

16-02-2018 11:57
Bakcell-dən 5 startapa dəstək-Siyahı

Bakcell şirkəti özünün AppLab Mərkəzində yaradılıb inkişaf etdiriləcək növbəti layihələrin seçimini başa çatdırıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, gənc developerlər tərəfindən hazırlanmış 32 layihə proqramda iştirak üçün müraciət edib.

İlkin seçim mərhələsindən keçən 17 layihənin müəllifi Bakcell şirkətinin rəhbərliyi, potensial investorlar, AppLab proqramının məzunları və İT sahəsi üzrə ekspertlərdən ibarət AppLab Komitəsinin qarşısında öz ideyalarını təqdim diblər. 2018-ci ilin 1 fevral tarixində keçirilmiş təqdimat və seçim mərhələsində layihə müəllifləri tərəfindən mobil əlavələr, animasiya, artırılmış reallıq (Augmented reality), proqram və avadanlıq təminatı kimi sahələri əhatə edən ideya və layihələrin 10 dəqiqəlik təqdimatı keçirilib. Layihələr ekspertlər tərəfindən məqsədəuyğunluq, innovasiya, real yanaşma, biznes modeli, təqdimat üsulu və komanda işi kimi meyarlar əsasında qiymətləndirilib.

Nəticədə, proqramda iştirak üçün 5 ən maraqlı layihə seçilib. Seçilmiş komandalar AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlana biləcəklər. Bakcell-in və AppLab proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarda rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edəcək.

Beləliklə, növbəti 6 ay ərzində “Bakcell”in “Applab” proqramında iştirak edəcək layihələr aşağıdakılardır:

  1. Run2Help - istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləğı xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavə;
  2. Way To Future – müxtəlif hazırlıq kursları və təlim imkanlarını təklif edən şirkət və təşkilatlar üçün elan platforması;
  3. Vavelya – xüsusi tortlar, gül, orijinal hədiyyələr və tərəvəz buketləri onlayn sifariş etmək imkanı verən elektron platforma;
  4. Tusi – səhiyyə, təhsil və hətta alış-veriş üçün istifadə oluna bilən artırılmış reallıq tətbiqetməsi;
  5. MadebyAz – yerli əl işi, suvenir və digər unikal məhsulları istehsal edən yaradıcı şəxslərə öz məhsullarını müvafiq internet səhifəsində nümayiş etdirib dünyanın istənilən ölkəsində satış üçün təklif etmək imkanı verən elektron platforma.

Qeyd etmək lazımdır ki, təqdim edilmiş bütün layihələr olduqca perspektivli startap və maraqlı ideyalardan ibarət idi. Həmin layihələr 2018-ci ilin yay aylarında keçiriləcək növbəti ərizə qəbulu prosesində yenidən AppLab proqramına müraciət edə bilərlər.

AppLab proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell-dən dəstək alırlar. Şirkət isə öz növbəsində daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına, onların istedadlarını nümayiş etdirməsinə, ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələri tapmalarına kömək etməyə çalışır. AppLab Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

Bakcell şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməkdir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AppLab proqramı üçün 32 startap yarışır

22-01-2018

“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

18-07-2018

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

25-04-2018

Bakcell-in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

06-11-2018

AppLab İT müsabiqədə qalib gəlib

11-05-2018

AppLab növbəti dəfə layihə qəbulu elan edib

25-01-2017

Bakcell startap layihələrini təqdim edir

08-12-2017

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

AppLab-ın növbəti proqramında qalib startaplar hansıdır?

01-05-2017

Bakcellin direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşmasından danışdı

24-09-2018

Bakcell və INNOLAND İnkubasiya Proqramının iştirakçılarını seçdi

20-06-2019

AppLab layihəsinin bir ili tamam olur

08-10-2015

Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018

Bakcell startap layihələrinə dəstək verir

04-05-2016

AppLab-ın iştirakçısı startap müsabiqəsində qalib oldu

20-06-2017

Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

17-05-2016

Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

10-12-2018

Wayra UK Azərbaycan startaplarına 50 min dollar yatırım edəcək

03-03-2016

Bakutel-də iştirak edəcək startaplar -Siyahı

20-10-2017

Bakcell-in rəhbəri:“Azərbaycanın startap bazarında böyük potensial var”

22-07-2016

Bakcell beynəlxalq innovasiya müsabiqəsinə dəstək olub

30-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə