Previous Next
Bağla

Bakcell proqramçılar üçün seminar keçirib

15-09-2017 13:45
Bakcell proqramçılar üçün seminar keçirib

Bakcell şirkəti AppLab proqramının iştirakçıları olan developerlər üçün ikinci treninqi keçirib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, “Investor Relationship Development intensive” (İnvestorlarla əlaqələrin inkişaf etdirilməsi üzrə intensiv təlim) adlı treninqdə startaplarla investorlar arasındakı münasibətlərin qurulması və inkişaf etdirilməsinin bütün aspektləri əhatə olunub.

İnvestisiyaların idarə olunması ilə bağlı ən vacib məqamlardan biri də investorla münasibətlərin düzgün qurulmasını bilməkdir.

Son bir neçə ildə startap icmasında canlanma müşahidə olunmaqdadır və komandalar və layihələr investorlarla əlaqələr üzrə mütəxəssis və ya investorlarla əlaqələrin inkişaf etdirilməsi üzrə mütəxəssis kimi vəzifələrə namizəd axtarışındadırlar.

Bu treninqdə iştirakçılara investorla ünsiyyətdə təbii təəssürat yaratmağın, məhsulun lazımi qaydada və uğurla təqdim edilməsi və iki dəqiqəlik qısa təqdimatın aparılması yolları (“lift təqdimatı” üsulu) öyrədilib.

“İndi mən müxtəlif cür investorların düşüncə tərzini, yanaşmalarını və davranışlarını daha yaxşı başa düşürəm. Ən azından, əgər mən indi liftdə potensial bir investorla qarşılaşsam, şübhəsiz ki, öz məhsulumu ona düzgün təqdim edə və onunla ilk lazım olan əlaqəni yarada biləcəm”, - deyə Blutu layihəsinin həmtəsisçisi Əhməd Xələfbəyli bildirib.

Treninqlər ölkə daxilində təlim, qiymətləndirmə və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı təchizatçılardan biri olan CAC Training Center şirkəti ilə birgə təşkil olunub.

Məlumata görə, Bakcell şirkəti növbəti aylarda developerlər üçün piçinq, blokçeyn (blockchain) texnologiyası, layihə idarəetməsi və s. mövzularda treninqlər də təşkil edəcək.

AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur.

Xeberler.az

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell proqramçılar üçün master-klass təşkil edib

30-11-2017

Bakcell startaplar üçün təlimlərə başlayıb

28-08-2017

Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018

AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

18-07-2018

AppLab layihəsinin bir ili tamam olur

08-10-2015

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

17-05-2016

“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018

AppLab proqramı üçün 32 startap yarışır

22-01-2018

AppLab növbəti dəfə layihə qəbulu elan edib

25-01-2017

Bakcell startaplarımızın qlobal bazara çıxmasına dəstək olacaq

11-12-2015

Bakcell-dən 5 startapa dəstək-Siyahı

16-02-2018

Bakcell startap layihələrini təqdim edir

08-12-2017

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

Bakcell jurnalistlər üçün İT seminar təşkil edib

02-08-2017

Bakcell yeni texnologiyalarını təqdim edir

05-12-2017

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

25-04-2018

Bakcell startap layihələrinə dəstək verir

04-05-2016

Bakcell-in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

06-11-2018

Bakcell AmCham təşkilatının mükafatını aldı

15-12-2015

Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

28-11-2018

Bakcell və INNOLAND blokçeyn hackathon yarışmasını keçirib

15-03-2019

«Bakcell» şirkəti «Mobil Telekommunikasiya Biznesinə Giriş» proqramının yeni mərhələsinə başlayıb

03-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə