Previous Next
Bağla

Bakcellin direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşmasından danışdı

24-09-2018 17:19
Bakcellin direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşmasından danışdı

Bakcell telekommunikasiya sahəsinin yerli və beynəlxalq səviyyədə inkişafına öz töhfəsini vermək məqsədilə dünyanın ən nüfuzlu tədbirlərində iştirak edir.

Xeberler.az  bildirir ki, “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers IBM, “Wipro”, “Ericsson”, “Verizon”, “Etisalat”, “Batelco Group”, “Turk Telecom” və digər nüfuzlu şirkətlərin rəhbərləri ilə birgə “Telecoms World Middle East 2018” beynəlxalq konfransına xüsusi dəvət olunaraq bu sahənin ən mötəbər liderlərindən ibarət məruzəçilər siyahısında yer alıb. Dubay şəhərində 17-18 sentyabr tarixində keçirilmiş “Telecoms World Middle East” tədbiri Yaxın Şərqin ən mühüm və aparıcı telekommunikasiya tədbirlərindən biri hesab olunur. Nikolai Beckers və telekommunikasiya sahəsinin digər tanınmış mütəxəssisləri bir araya gələrək əməkdaşlıq, innovasiya və dünyanın telekommunikasiya ekosisteminin ümumi strategiyasını müzakirə ediblər.

Startap, inkubasiya və telekommunikasiya sahəsinin rəqəmsallaşmasına həsr edilmiş paneldə “Turk Telecom” şirkətinin baş direktoru Paul Doany və Nikolai Beckers telekommunikasiya sənayesinin indiki vəziyyəti və bu sahənin gələcək uğurlarının təmin edilməsində rəqəmsallaşmanın və startapların rolu barəsində danışıblar.

“Rəqəmsallaşmaya hazır olmaq üçün bir sıra tədbirlərin görülməsi zəruridir və sənayenin liderləri əsas və fundamental məsələlərə xüsusi diqqət yetirməlidirlər. İlk növbədə konsolidasiya həyata keçirilməli, biznesin daxili prosesləri və təşkilati strukturu sadələşdirilməlidir. Bildiyiniz kimi, ənənəvi telekommunikasiya operatorları adətən olduqca bürokratik təşkilati struktura malikdir və
bu cür strukturda innovasiya və rəqəmsallaşmanın tətbiq edilməsi elə də asan deyil. Bunun həlli yolu isə əsas təşkilatdan kənarında ayrıca bir qurum yaratmaqdır. Bu qurum insanlara öz ideyalarını daha sərbəst şəkildə irəli sürmək imkanı verməli və eksperimentlərə açıq olmaq üçün münbit şərait təmin etməlidir. Bu cür yanaşmanı Bakcell özünün “AppLab” inkubasiya proqramı vasitəsilə nümayiş etdirir”, deyə Nikolai Beckers bildirib.

Qeyd edək ki, “AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” layihəsinin iştirakçıları pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı ideyaları və üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.

“AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər. “İnnovasiyaların tətbiq edilməsi üçün sərbəstlik və məsuliyyət kimi amillər vacibdir. Yalnız bu iki element mövcud olduğu halda rəqəmsallaşma da mümkün olacaq. Klassik telekommunikasiya təşkilatıları nəzarət və əmrlər üzərində qurulub, bu da innovasiyaların inkişafına müəyyən maneçilik törədir. Həmçinin, startaplar vasitəsilə yaradılan yeniliklər əsas təşkilatın strukturuna inteqrasiya olunmalıdır, bu da dünyanın telekom provayderləri tərəfindən nəzərə alınmalı digər vacib bir məsələdir”, deyə Nikolay Beckers əlavə edib.

Nikolai Bekers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan qabaq o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiyam şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Nikolay Beckersin iş təcrübəsi dünyanın ən rəqabətli telekommunikasiya bazarlarında mühüm biznes uğurlarının qazanılmasında strateji əhəmiyyət kəsb edən fəaliyyətləri və layihələri əhatə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nikolai Beckers Londonda rəqəmsal transformasiya haqqında danışıb

15-11-2018

“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

18-07-2018

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

Bakcell şirkətinin baş icraçı direktoru Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçilib

10-10-2018

Bakcell-in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

06-11-2018

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

Bakcell də Mobil Dünya Konqresində iştirak edib

07-03-2018

Bakcell-in yeni icraçı direktoru kimdir?

19-05-2016

Bakcell-dən 5 startapa dəstək-Siyahı

16-02-2018

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

25-04-2018

AppLab proqramı üçün 32 startap yarışır

22-01-2018

Bakcell və Premium Bank arasında əməkdaşlıq memorandumu imzalanıb

24-01-2019

Bakcell mükafata layiq görülüb

18-09-2015

Bakcell yeni baş icraçı direktorun işə başlayacağını elan edir

16-04-2019

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

Bakcell Bakutel-2018 sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

05-12-2018

AppLab İT müsabiqədə qalib gəlib

11-05-2018

Təhsil Nazirliyi, Bakcell və AzEduNet arasında əməkdaşlıq protokolu imzalanıb

06-03-2019

Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

28-11-2018

Bakcell-in baş texniki direktoru mükafata layiq görülüb

27-11-2015

Bakcell beynəlxalq müsabiqədə qalib oldu

24-08-2015

Bakcell beynəlxalq innovasiya müsabiqəsinə dəstək olub

30-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə