Previous Next
Bağla

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

25-04-2018 16:16
AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

Bakcell şirkəti ölkənin gənc və istedadlı developerlərinə dəstək göstərmək üçün genişmiqyaslı AppLab inkubasiya proqramını həyata keçirir.

AppLab proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. AppLab Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

Bunlardan biri olan “ARZoom” proqramı “tamamlanmış reallıq” (“augmented reality”) texnologiyası əsasında layihələndirilmiş yeni nəsil marketinq və reklam alətidir. İnteraktiv kontentin hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan bu innovativ platforma həm mobil, həm də veb şəbəkə idarəetmə panelləri vasitəsilə idarə olunur və öz multifunksionallığı, geniş imkanları və eyni zamanda sadəliyi ilə seçilir. Həmçinin bu platforma müştərilərə birbaşa çıxış imkanı verən “hədəfləmə” funksionallığına malikdir. Bu alətdən istifadə edən istənilən şirkət öz məhsullarını seçilmiş auditoriyaya yeniliyi ilə fərqlənən innovativ bir tərzdə təqdim edə biləcək. Bu layihə 2017-ci ildə Bakcell şirkətinin AppLab mərkəzində inkubasiya prosesindən keçib və artıq 5000 istifadəçi tərəfindən Google Play və App Store rəqəmsal platformalarından yüklənib.

“ARZoom” proqramı Fərid və Araz Davudov qardaşları və onların komandası tərəfindən Bakcell-in innovativ AppLab mərkəzinin avadanlığı və geniş imkanlarından istifadə edərək yaradılıb. Gənc developerlərimiz artıq ilk böyük müştərisini qazanıb. Belə ki, “ARZoom” komandası ən son texnologiya əsasında qurulmuş reklam xidmətlərinin göstərilməsi üçün öz artırılmış reallıq platforma xidmətlərini Türkiyənin məşhur mebel şirkətinə təqdim etməyə başlayıb. Buna baxmayaraq, platformanın daha da təkmilləşdirilməsinə yönəlmiş tədbirlər davam etdirilir və bu yaxınlarda proqrama “yerləşmə əsaslı artırılımış reallıq” (“location-based AR”) and “müasir təsvir tanınma” (“Advanced image recognition”) texnologiyaları əsasında yeni funksionallıq əlavə edilib.

“Mənim fikrimcə Bakcell-in dəstəyi olmasaydı, biz bu uğuru əldə edə bilməzdik. AppLab proqramı gənc developerlər üçün innovativ bir platformanı təmin etməklə onların ideyalarını həyata keçirməyə kömək edir. Ümid edirəm ki, bu layihə gənc startapçılara dəstək göstərməyə davam edəcək və biz yerli gənclərin daha böyük uğurlarının şahidi olacağıq”, deyə Fərid Davudov bildirib.

Qeyd edək ki, “ARZoom” platforması Bakcell şirkətinin AppLab lahiyəsinin digər məzunları ilə birgə Bakutel-2017 sərgisinin çərçivəsində Bakcell stendində təqdim edilib və sərginin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

AppLab layihəsinin iştirakçıları şirkətin AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.

 Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

18-07-2018

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

Bakcell startap layihələrini təqdim edir

08-12-2017

Bakcell-in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

06-11-2018

AppLab proqramı üçün 32 startap yarışır

22-01-2018

Bakcell-dən 5 startapa dəstək-Siyahı

16-02-2018

AppLab İT müsabiqədə qalib gəlib

11-05-2018

AppLab layihəsinin bir ili tamam olur

08-10-2015

Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

AppLab növbəti dəfə layihə qəbulu elan edib

25-01-2017

Bakcellin direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşmasından danışdı

24-09-2018

Bakcell və INNOLAND İnkubasiya Proqramının iştirakçılarını seçdi

20-06-2019

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

AppLab-ın növbəti proqramında qalib startaplar hansıdır?

01-05-2017

Bakcell startaplarımızın qlobal bazara çıxmasına dəstək olacaq

11-12-2015

Wayra UK Azərbaycan startaplarına 50 min dollar yatırım edəcək

03-03-2016

Bakutel-də iştirak edəcək startaplar -Siyahı

20-10-2017

Bakcell Bakutel-də gənclər üçün imkanlar nümayiş etdirir

04-12-2015

Bakcell gənc ixtiraçılara dəstək olub

08-08-2019

Bakcell startap layihələrinə dəstək verir

04-05-2016

Bakcell stendi Bakutel-in ən orjinalı seçilib

13-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə