Previous Next
Bağla

Bakcell-in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

06-11-2018 15:45
Bakcell-in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

Bakcell şirkəti yerli startaplara dəstək göstərməyə və özünün AppLab inkubasiya proqramı vasitəsilə innovasiyaları insanların gündəlik həyatına gətirməyə davam edir.

Xeberler.az  bildirir ki, AppLab tərəfindən dəstəklənən layihələrin bir çoxu uğur qazana bilib, maraqlı və unikal məhsulların yaradılmasına nail olub. Belə startaplardan biri olan “Bilik.al” insanlara müxtəlif sahələr üzrə təlim və kurslar tapmağa kömək edən internet səhifəsidir. Bu səhifə sayəsində istifadəçilər “PHP proqramlaşdırma dilini harada öyrənmək olar?”, “ən yaxşı yoqa müəllimi kimdir?” və yaxud “futbol məktəbini harada tapmaq olar?” kimi suallara asan şəkildə cavab tapa bilirlər. Sözügedən platforma İT sahəsindən tutmuş kulinariyaya qədər bir çox sahəni əhatə edən seçilmiş kateqoriyalar üzrə sürətli axtarış imkanını verir. İnternet səhifəsinin mobil versiyası da mövcuddur ki, bu da istifadəçilərə istənilən kursu mobil telefon və planşetlərində rahatlıqla tapmaq imkanı verir. Kurslar və təlimlər haqqında məlumatın sayta yerləşdirilməsi tamamilə pulsuzdur. Gələcəkdə “bilik.al” komandası iOS və Android üzərində işləyən cihazlar üçün mobil tətbiqetmə yaratmağı da planlaşdırır.

““Bilik.al” layihəsinin əsas məqsədi şəxsi və peşəkar inkişaf üçün müvafiq kurs və təlim tapıb uğur qazanmaqda insanlara kömək etməkdir. Cəmi 5 ay ərzində kurs və təlimlərin təşkili ilə məşğul olan 40-dan şirkətlə əməkdaşlıq qurulub və hazırda saytımızda aktiv istifadəçi sayı 5 mini ötür. İnanırıq ki, bu layihə istənilən kursu asanlıqla tapmaq üçün ən əlverişli resurs olmaqla gənclərin uğur qazanmaq üçün inkişaf etmək imkanlarını artıracaq. Layihəni rellaşdırmaqda göstərdikləri böyük dəstək və məsləhətlərə görə Bakcell şirkətinə və AppLab mərkəzinə minnətdarıdq” deyə bilik.al layihəsinin təsisçilərindən biri Cavid Abbasov bildirib.

AppLab proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. İştirakçılar müvafiq təlimlərlə yanaşı, şirkətin AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. AppLab Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər. İnnovasiya sahəsində lider olan Bakcell öz innovativ ideyalarını həyata keçirmək üçün gənclərə lazımı şərait yaratmağa və dəstək göstərməyə həmişə hazırdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018

AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

18-07-2018

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

25-04-2018

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

Bakcell-dən 5 startapa dəstək-Siyahı

16-02-2018

AppLab proqramı üçün 32 startap yarışır

22-01-2018

AppLab İT müsabiqədə qalib gəlib

11-05-2018

Bakcellin direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşmasından danışdı

24-09-2018

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

Bakcell startaplar üçün təlimlərə başlayıb

28-08-2017

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018

Bakcell və INNOLAND İnkubasiya Proqramının iştirakçılarını seçdi

20-06-2019

AppLab növbəti dəfə layihə qəbulu elan edib

25-01-2017

AppLab-ın iştirakçısı startap müsabiqəsində qalib oldu

20-06-2017

Bakcell startap layihələrini təqdim edir

08-12-2017

AppLab layihəsinin bir ili tamam olur

08-10-2015

Bakcell-in rəhbəri:“Azərbaycanın startap bazarında böyük potensial var”

22-07-2016

Bakcell gənc ixtiraçılara dəstək olub

08-08-2019

İnkubasiya proqramına seçilən startaplar INNOLAND-də fəaliyyətə başlayıblar

09-07-2019

"Öz ideyalarınızı həyata keçirməkdən qorxmayın”

19-10-2018

Bakcell startap layihələrinə dəstək verir

04-05-2016

Bakcell beynəlxalq innovasiya müsabiqəsinə dəstək olub

30-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə