AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

12-03-2018 / 16:35

Azərbaycan Texniki Universitetində (AzTU) 6-7 apreldə təşkil olunacaq Startap Günləri ilə əlaqədar işçi qrupu və iştirakçılarla birgə toplantı keçirilib. 

Xeberler.az bildirir ki, toplantıda AzTU-nun prorektoru, professor İsa Xəlilov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Startap Günləri ilə bağlı universitetdə işçi qrupu yaradılıb.

Prorektor qeyd edib ki, innovativ ideyaları olan onlarla tələbələr Startap Günlərində iştirak etmək üçün hazərlıqlara  başlayıblar.

 

Startap Azərbaycanın təşkilat komitəsinin üzvü, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Startap Günlərində iştirak edəcək tələbələrə layihə ilə bağlı geniş məlumat verib.

Osman Gündüz çıxışında bildirib ki, Startap Günlərində əvvəlcə innovativ ideyaların yarışması olacaq:

“Yarışmada qalib gələn ideyalar ətrafında komandalar formalaşdırılacaq. Komandalara mentor dəstəyi təşkil olunacaq, təlimlər keçiriləcək. Daha sonra həmin komandalar ideyalarını biznes plana çevirərək münsiflər heyyətinə təqdim edəcəklər”. 

Startap Azərbaycanın təşkilat komitəsinin üzvü, ekspert Rəşad Əliyev isə Startap Günlərində iştirak edəcək tələbələrə öz təcrübələrindən bəhs edib. Rəşad Əliyev ideyaların startapa necə çevrilməsi, həmçinin bunun metodları, komanda formalaşdırmağın önəmi haqqında tələbələrə geniş məlumat verib. 

Sonda ekspertlər işçi qrupun üzvlərinin və tələbələrin suallarını cavablandırıblar. 

Qeyd edək ki, Startap Günləri AzTU-nun və Startap Azərbaycanın təşkilatçılığı ilə keçiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomları və sertifikatları təqdim olunacaq.

Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnalogiyalarının İnkişaı Dövlət Fondu dəstək verir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə