Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib.
Xeberler.az-ın məlumatına görə, iclasda Rabitə və Yükəsk Texnologiyalar Nazirliyinin və VXSİ Dövlət Agentliyinin məsul şəxsləri ilə birgə Açıq Hökumət təşəbbüsünün tərkib hissəsi olan Açıq Məlumat Bazaları ilə bağlı ümumi vəziyyəti müzakirə edilib.
Açıq məlumat bazalarının “Açıq Hökumət Məlumatları” portalına inteqrasiya məsələsi müzakirə edilib.
Tədbirdə bu cür bazaların əhəmiyyəti, RYTN MHM tərəfindən hazırlanan Açıq Məlumat portalı - DATA.GOV.AZ -da bu tip bazaların çox az sayda olması və bunun səbəbləri müzakirə olunub.
Poblemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürülüb.
Müzakirələrin yekunu olaraq qeyd olunan sahədə vəziyyəti yaxşılaşdırmaq üçün Təkliflərin hazırlanması və hökumətə təqdim edilməsi nəzərdə tutulub.
Yaxın zamanlarda əlaqədar qurumlarla birgə maraqlı tərəflərin iştirakı ilə geniş tərkibdə toplantının keçirilməsi də nəzərdə tutulur.
Məlumat verdiyimiz kimi, 2015-ci ilin əvvəlində data.gov.az - “Açıq Hökumət Məlumatları” portalı istifadəyə verilib.
Data.gov.az portalının yaradılmasında əsas məqsəd məlumatların istifadəsi və onların əsasında əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılması, hərtərəfli təhlil və tədqiqatların aparılmasıdır.
Açıq məlumatlar Açıq Hökümət təşəbbüsünün bir hissəsi kimi Elektron Hökümətin ayrıca bir elementidir. Data.gov.az portalı vasitəsi ilə cəmiyyət dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilər.
Qeyd edək ki, açıq məlumatlar - dövlət orqanlarının və yerli hakimiyyət orqanlarının fəaliyyəti haqqında insan tərəfindən dəyişiklik edilmədən təkrar istifadə məqsədilə avtomatik emalı təmin edilən, internetdə şəbəkə formatında yerləşdirilmiş məlumatlardır.
Açıq Hökumət Məlumatları portalında hazırda bir sıra dövlət qurumları tərəfindən çox az sayda , cəmi 25 növ məlumat bazaları açıq edilib və bu məlumatlar əsasında artıq bir sıra veb və mobil proqramlar hazırlanıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri