AZCON Holding şirkətlərindən olan “Aztelekom”un baş direktor vəzifəsini icra edən Həsən Ömərov və şirkətin Şəbəkə texnologiyaları departamentinin rəhbəri Şəhriyar Ağayev “Telecom Review” saytına müsahibə veriblər.
Xeberler.az bildirir ki, H.Ömərov öz müsahibəsində şirkətin cari nailiyyətləri və gələcək planları ilə bağlı sualları cavablandırıb. O, Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən verilən “Gigacity Champion” mükafatının “Aztelekom”un rəqəmsal transformasiya öhdəliyinə sadiqliyinin və uzunmüddətli vizyonunun təsdiqi olduğunu vurğulayıb.
10G PON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının Azərbaycanda tətbiqi ilə bağlı sualı cavablandıran Şəhriyar Ağayev bildirib ki, “Aztelekom”un bu istiqamətdə gördüyü işlər şirkətin davamlı rəqəmsal infrastrukturun qurulmasına dair strateji öhdəliyini əks etdirir. Ş.Ağayev, həmçinin qeyd edib ki, 10G və 50G PON kimi texnologiyalar bizə yaxın gələcəkdə ultrasürətli, etibarlı və genişzolaqlı sürət təqdim etməyə imkan verəcək və yaxın zamanda həm ev, həm də biznes təsərrüfatlarının istifadəçiləri üçün 500 Mbit/s və daha yüksəksürətli internetlə təmin edilmə imkanı yaradacaq.
Məlumat üçün bildirək ki, “Gigacity Champion” mükafatı son bir il ərzində “Aztelekom”un təltif olunduğu üçüncü beynəlxalq mükafatdır.
Qeyd edək ki, 10G və 50G PON texnologiyaları optik şəbəkələrdə müvafiq olaraq 10 Gbps və 50 Gbps sürətlə internet və məlumat ötürülməsini təmin edən yeni nəsil genişzolaqlı rabitə sistemləridir. Bu texnologiyalar xüsusilə yüksək istifadəçi tələbatı olan bölgələrdə daha sürətli, sabit və yüksəktutumlu bağlantılar təqdim etmək üçün istifadə olunur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları